Altay Sadıxzadə, əsərləri bütün dünyada milli və şəxsi kolleksiyalarda saxlanılan tanınmış incəsənət xadimidir. O, Əzimzadə adına Rəssamlıq Texnikumunda və Moskvanın Surikov adına Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Azərbaycanı 2011-ci ildə 54-cü Venesiya Bienalesində təmsil etmişdir. Rəssam və heykəltəraş olmasına baxmayaraq, Bakı Müasir İncəsənət Muzeyinin layihələndirilməsində fransız memarı Jean Nouvel ilə əməkdaşlıq etmişdir.

 

(təv. 1951)

 

Seçilmiş Fərdi Sərgilər:

 

2012 - Müasir İncəsənət Muzeyində fərdi sərgi. Bakı, Azərbaycan.

2011 - Müasir İncəsənət Muzeyində fərdi sərgi. Bakı, Azərbaycan.

2008-2009 - Müasir İncəsənət Muzeyinin yaradılması. Bakı, Azərbaycan.

2007 - “Bindalli Sanat Evi” Huma Kabakchi Collection, İstanbul, Türkiyə.

2007 - Centre Pompidou, Library Flammarion Centre, A.Sadıqzadənin “Painting and Sketch” kitabının təqdimatı. Jorj Pompidu mərkəzi, Paris, Fransa.

2005 - Qız Qalası qalereyasında fərdi sərgi. Bakı, Azərbaycan.

2003 - Fərdi sərgi, “Spiller – Vincenty Gallery”. Ceksonvil, ABŞ.

 

Seçilmiş Grup Sərgilər:

 

2012 - “Fly to Baku”, Azərbaycanın Müasir İncəsənəti, Philips de Pury & Company, London, Birləşmiş Krallıq.

2011 - "Contemporary works of Azerbaijan, the Land of Fire", Hotel d’Evreux. Paris, Fransa.

2011 - 54th Venice Biennale, Palazzo Benzon. Venesiya, İtaliya.

2010 - “Observer of the Fly”, Müasir İncəsənət Muzeyi (kurator və iştirakçı). Bakı, Azərbaycan.

2004 - “Istanbul Art”, Beynəlxalq Müasir İncəsənət Sərgisi. İstanbul, Türkiyə.

2003 - “Grands et Jeunes d’aujourd’hui”“Espace Auteuil“, 43eme salon. Paris, Fransa.

2002 - Altay Sadıxzadə, Rasim Babayev və Cabbar Kazımovun ümumi sərgisi. Gallery of International Art. Pekin, Çin.