Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
15 Mar 17
YARAT Müasir İncəsənət Məkanı AMAROK qrupunun Novruz Bayramı üçün hazırlanmış canlı musiqi axşamını təqdim edir.
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
“Amarok” – sərbəst musiqi qrupudur. İfalarında sərbəst və kreativ musiqilərə üstünlük verirlər. Çıxışlarında milli və dünya xalqlarının çalğı alətlərindən istifadə edirlər.
Ələfsər Rəhimov (zurna, balaban, tütək) və Ramil Cahangirov (nağara, davul, dəf) qrupun əsas solistləridirlər. Azərbaycan milli musiqisi ilə yanaşı “Amarok” qrupu caz, rok, etno və digər janrları məharətlə ifa edirlər.
Tarix: 15 mart, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir