Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
14 Mar 16
YARAT Müasir İncəsənət Mərkəzi Sizi "Baharın səsi" musiqili gecəsinə dəvət edir. Tədbirdə klassik və populyar musiqi əsərləri Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında səslənəcək.
Müxtəlif incəsənət növlərini bir arada təqdim edərək Sizə yeni duyğular bəxş etməyə çalışırıq. Belə ki, müasir rəssamların işləri, sanki, bir gecəliyinə dekorasiya olacaqlar və bu vizual obrazlar musiqi təəssüratların zənginliyini dəfələrlə artıracaq.

PROQRAM
1. Cerri Bok – «Dama çıxmış skripkaçı» musiqili tamaşasından «Şəfəq, qürub» (Sunrise, sunset) şlyageri.
İfa edir beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli
Konsertmeyster: Rəfiqə Quluzadə
2. Corc Gerşvin – Prelüdiyalar
İfa edir Prezident təqaüdçüsü Leyla Zeynalova (fortepiano)
3. Bot Haynz – Blüz
İfa edirlər respublika müsabiqələri laureatları Səid Bağırzadə və Məhəmməd Paşazadə (klarnet)
Konsertmeyster: Fəğan Həsənli
4. Zekinya de Abreu – Tiko-tiko
İfa edir respublika müsabiqəsinin laureatları Cəlil Bəşirli (tar)
Konsertmeyster: Aygün Səfərzadə
5. Maksim Dunayevski – “Meri Poppins” filmindən «Şir və bərbər» («Лев и брадобрей») mahnısı
İfa edirlər: Prezident təqaüdçüsü Çinarə Əzimova (vokal) və beynəlxalq müsabiqələr laureatı Nərminə İsmayılova (fortepiano)
6. Dük Ellinqton – «Karvan»
İfa edirlər: Aydın Zeydullayev (saksofon), Nicat Bağırov (kontrabas), Fəğan Həsənli (fortepiano)
7. Astor Pyatzolla – «Oblivion»
İfa edirlər: Aydın Zeydullayev (saksofon), Nicat Bağırov (kontrabas), Fəğan Həsənli (fortepiano)
8. Jozef Kosma – «Xəzəl»
İfa edirlər: Aydın Zeydullayev (saksofon), Nicat Bağırov (kontrabas), Fəğan Həsənli (fortepiano)
9. Fritz Kreysler – «Oyuncaq əsgərlər marşı»
İfa edir: Suğra Həsənli (skripka)
Konsertmeyster: Svetlana Əhmədova
10. Astor Pyatzolla – Fuqa misterio
İfa edir: Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kiçik simfonik orkestri
Tarix: 14 mart, 2015
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 1-ci mərtəbə
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir