İyun 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: MURAD VƏLİYEV İLƏ USTAD DƏRSİ

28 İyl - 29 İyl 22

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında rəsssam Murad Vəliyevin “Qavrayışı formalaşdıraraq” adlı ustad dərslərdə iştirak etməyə dəvət edir.


2 mərhələdən ibarət ustad dərsində, əsərləri cari sərgidə nümayiş olunan tyutorun rəhbərliyi altında iştirakçılar inşaat köpüyü, sap və akril daxil olmaqla müxtəlif materiallardan və texnikalardan istifadə etməklə, öz hiss və düşüncələrini kətan üzərinə köçürəcəklər, həmçinin iştirakçılar özlərini tam ifadə etmək və fikirlərini çatdırmaq üçün forma və rənglərlə eksperiment aparacaqlar. Bunlarla yanaşı onlar modanı müasir incəsənətdə necə tətbiq etməyi öyrənəcək və əldə etdikləri bilikləri praktiki mərhələdə həyata keçirəcəklər.  


Murad Vəliyev, İstanbul, Moskva və Bakı kimi şəhərlərdə moda və müasir incəsənət sahələrində çalışan gənc rəssamdır. Onun yaradıcılığının ilham mənbəyi cəmiyyətimizin müxtəlif stereotipləridir və o, modanı müasir incəsənətlə birləşdirərək əsərlər yaradır. Onun əsərləri “L’Officiel Azerbaijan”, “Elle Russia”, “Cosmopolitan Turkiye”, “GQ”, “Esquire”, “Schön!”, “Based Istanbul” və “Vogue” kimi nəşrlərdə dərc olunub.


Yaş həddi: 16+


Tarix: 28-29 iyul, 2022

Saat: 19:00


Qeydiyyat üçün: 050 251 41 17 (çərşənbə axşamı – cümə, 12:00 – 18:00)

Yüklənir