Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
02 Noy 22
YARAT Müasir İncəsənət Məkanı sizi kinorejissor, yazıçı və kurator Aleksey Ulkonun mühazirəsinə dəvət edir.
“Orta Asiyada eksperimental kinonun inkişafı” mühazirəsi çərçivəsində, söhbət hər bir konkret ölkə deyil, daha çox kinematoqrafda mövzular və meyllər, həmçinin aparıcı adlar (Saşa Uqay, Ümidə Əhmədova, Aleksey Rumyantsev, Ulan Djaparov, Zoya Falkova və s.) haqqında gedəcək. Mühazirəçi Almagül Menlibayeva və Saodat İsmayılovanın yaradıcılığında feminist və ekoloji problemlərin kəsişməsi mövzusuna da toxunacaq. Bundan əlavə, biz həmçinin “İnstagram Stories” və “TikTok”-un eksperimental film və videoart sənətini necə “öldürdüyü” barədə danışacağıq.
Aleksey Ulko (d.1969, Səmərqənd) – Səmərqənd Universitetində ingilis dilini öyrənib və Ekseter Universitetində təhsil sahəsi üzrə magistr dərəcəsi almışdır. Səmərqənd Xarici Dillər İnstitutunda ingilis dili və stilistikadan dərs deyib, 2003-cü ildən isə ingilis dili və mədəni tədqiqatlar üzrə məsləhətçi vəzifəsində çalışır.
2007-ci ildən Orta Asiyanın müasir mədəniyyəti və incəsənəti haqqında məqalələr yazır və məruzələrlə çıxış edir, eksperimental kino və incəsənət layihələri ilə məşğul olur. ESCAS, AAH, CESS kimi cəmiyyətlərin və “The Garage Journal” Redaksiya Heyətinin üzvüdür. 2021-ci ildən Daşkənddə Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun nəzdində Müasir İncəsənət Mərkəzində gənc rəssamlar laboratoriyasının kuratorudur.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir
Tarix: 2 noyabr, 2022
Saat: 19:00
Məkan: YARAT Mərkəzi (2-ci mərstəbə)