Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
10 Sen 16
Yarat Müasir İncəsənət Məkanı sizi 10 sentyabr 2016-cı il UÇMAĞI BİZİMLƏ ÖYRƏN uşaq festivalına dəvət edir!
UÇMAĞI BİZİMLƏ ÖYRƏN festivalı uşaqlara xəyal etmək və yaratmağı öyrətməklə onların gələcəyini daha parlaq olmasına çalışır.
Uşaqları macəra və həyəcan dolu bir gün gözləyir!
Siz meyvə və tərəvəzlərdən ləzzətli və sağlam yeməklər və içkilər hazırlamağı təcrübədən keçirəcəksiniz.
Hər bir uşağa şarlar, musiqi və cizgi filmləri ilə bayram əhval-ruhiyyəsi yaşadacağımıza ümid edirik.
Musiqi ritmini müxtəlif vasitələrlə hiss edəcək və Disko partimizin ahəngi ilə rəqs edəcəksiniz!
Festivala giriş sərbəstdir.
*Qeyd: Yemək və içkilərin qiyməti - 1 AZN
GÜNÜN PROQRAMI:
10:00 - 12:00 Açıq havada uşaqlar üçün yoqa dərsi (Yaşıl kafenin qarşısında yaşıllıq)
10:00 - 16:00 Açıq havada rəsm dərsi (Yaşıl kafenin terrası)
10:00 -17: 00 Küləklə rəqs (YARAT mərkəzinin ətrafı)
13:00-14:00 Çərpələnglərin uçurdulması (YARAT Mərkəzinin qarşısında)
10:00 – 19:30 Uşaq əsərlərinin sərgisi (Yaşıl kafenin terrası)
10:00 - 17:00 Qida incəsənəti (Yaşıl kafe)
11:00 - 16:30 Animasiya filmlərinin nümayişi (YARAT Mərkəzi, 2-ci mərtəbə)
11:30 – 17:00 «Öz cizgi film qəhrəmanını çək» (YARAT Mərkəzi, 2-ci mərtəbə)
10:00 – 18:00 Üz rənglənməsi (Yaşıl kafenin qarşısında çəmənlik)
12:00 -18:00 Oriqami üzrə ustad dərsi (YARAT kitabxanası )
10:00–18:00 “İstifadə olunmuş əşyalardan art obyektlər yarat” (YARAT mərkəzinin 1-ci mərtəbəsi, sərgi salonu)
10:00–18:00 Foto sessiya
10:00 - 18:00 Aktyorluq dərsi (Yaşıl kafenin qarşısında çəmənlik)
12:00 – 17:00 Smuzi hazırlamaq üzrə ustad dərsi (Yaşıl kafe)
17:00 – 18:00 Uşaq orkestrinin çıxışı (Yaşıl kafenin terrası)
18:00–19:30 DİSCO parti (YARAT Mərkəzi, 2-ci mərtəbə)
19:30 Helium şarlarının uçurdulması (Yaşıl kafenin qarşısında çəmənlik)
Tarix: 10 sentyabr 2016
Saat: 9:00 – 21:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi və Yaşıl Kafe
Sərbəst giri