Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
26 May 16
HUMAN Foundation - milliyyət, din və irqindən asılı olmayaraq insan birliyidir.
Bu fondda hər kəs bilik, bacarıq, xeyirxahlıq, dəstək və sevgini sonsuz bölüşür.
Hər birimiz fərqliyik, lakin bizi birləşdirən – İNSAN olmağımızdır!
YOU CAN layihəsi (#youcan) həyatın maneələrinə baxmayaraq, uğur qazanmış fiziki məhdudiyyətli insanların çıxışlarını təşkil edir. Layihənin məqsədi motivasiya və insanların istiqamətləndirilməsidir.
YOU CAN layihəsinin növbəti iştirakçısı Elman Süleymanovdur. O, 8 yaşında keçirtdiyi qəza nəticəsində görmə qabiliyyətini tamamilə itirmişdir. Yeni həyatı: piano üzrə yerli və beynəlxalq müsabiqələrdə iştirak etmiş və müxtəlif yerlərə layiq görülmüşdür; Türkiyədə psixologiya üzrə təhsil almışdır; "Bizim Gənclik" İctimai Birliyinin sədri olaraq fəaliyyət göstərmişdir; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq etmiş, bir sıra layihələrə rəhbərlik etmişdir; beynəlxalq layihələrdə motivasiya mövzusunda təlimçi və mühazirəçi kimi iştirak etmişdir. Hal-hazırda, psixologiya sahəsində təhsilini davam etdirməkdə, bir neçə araşdırma və kitab üzərində çalışmaqdadır. O, ölkəmizdə psixologiya sahəsində olan ilk start-up layihəsinin müəllifi və idarəçisidir.
Sizi, Elman Süleymanovun bütün çətinliklərə baxmayaraq, necə uğur əldə etdiyini haqqında 26 May tarixində, 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində keçirilən tədbirə dəvət edirik.
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlavə məlumat üçün: +994 51 622 77 27
E-mail: humanfoundation2@gmail.com; info@hmnfund.org
Giriş sərbəstdir