Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
22 May 16
YARAT Müasir İncəsənət Məkanı və BUTA Rəqs Məktəbi müxtəlif rəqs növlərinin ritmlərində qaynayıb-qarışmaq və öz vücudunda yeni imkanlar kəşf etmək arzusunda olan hər kəsi dərslər silsiləsinə dəvət edir.
BUTA studiyasının peşəkar rəqqasları və müəllimləri Sizin üçün həyəcanlandırıcı rəqs ab-havası yaratmağa və Argentina Tanqo, Break Dans, Salsa, Baçata, Zumba, Latın rəqsləri kimi istiqamətlərdə ilk addımları atmağınıza yardım etməyə hazırdırlar.
Bu tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
Dərslər seriyası PULSUZ keçiriləcəkdir! Yerlərin sayı məhduddur, tələsin!
Siz həm bir, həm də eyni zamanda bir neçə dərsə yazıla bilərsiniz!
012 505 1414 zəng edərək adınızı, yaşınızı, boyunuzu və yazılmaq istədiyiniz sinfin adını göstərin.
Yaş məhdudiyyəti: +17
Özünüzlə bir şüşə su, rahat ayaqqabı və yaxşı əhval-ruhiyyə götürün!
Cədvəl:
12.00 – Latın Rəqsləri.
İnstruktor: İlham Osmanov
13.00 – Zümba Rəqsləri.
İnstruktor: Nərgiz Osmanova
14.00 – Salsa Rəqsləri.
İnstruktor: Aydın Qasımzada
15.00 – Baçata Rəqsləri.
İnstruktor: Aydın Qasımzade
16.00 – Argentina Tanqo Rəqsləri.
İnstruktor: İlham Osmanov
17.00 – Breyk Dans Rəqsləri.
İnstruktor: Cavid Aslanov və Fərman Lazımov
Tarix: Bazar, 22 may, 2016
Saat: 12.00 - 18.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
5, 6 və 88 saylı avtobus marşrutları ilə gəlmək olar, “Səbail meydanı” dayanacağı
Əlaqə: +99412 505 1414