Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
03 May 16
Kinonun poetikası
“Dublyaj otağı” – səs sehrinin yaradıldığı və film obrazlarının mükəmməlliyə çatdığı bir məkan. Bu məkanın mühitində, ona hakim olan tutqunluqda, doğru çaları və intonasiyanı tapmaq üçün saatlarla burada vaxt keçirərək film obrazlarını səsləndirməyə hazır insanlarda sehirli amil var. Mikrofon qarşısında duran insan yaradan kimidir – səsiylə ekran dünyasına can verir. Əgər o olmasaydı, bu dünya səssiz film kabusları ilə dolacaqdı.
“Kinonun poetikası: Dublyaj otağı” YARAT Müasir İncəsənət Mərkəzinin və rejissor Aleksandr Dzübanın artıq üçüncü birgə layihəsidir.
Tədbirin bir hissəsi olaraq, Azərbaycanın 5 müasir şairi dünya kinosunun Qızıl Fonduna uzun müddət öncə daxil edilmiş 5 kult filmin yeni poetik təhkiyəsini təqdim edəcəkdir.
Bu layihə yalnız ədəbiyyat və kinomatoqrafiyanın sintez olunması ilə deyil, həmçinin müəlliflərin klassik filmləri şərh etmək üçün göstərdikləri cəsarət ilə də fərqlənir. Siz Berqman, Tarkovski, Fellini, Kubrik və Bertoluççinin valehedici və fövqəladə əsərlərindən zövq alacaqsınız.
Tarix: 3 may, 2016
Saat: 20.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir