Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
18 Dek 15
YARAT Müasir İncəsənət Məkanı YARAT Frystyle layihəsi çərçivəsində Lyublin Rəqs Teatrının Danışmadığımız Əhvəlarlar adlı tamaşanı təqdim edir.
FreeStyle – gənc, istedadlı aktyor, müğənni və rəqqaslara özlərini ifadə etmələri və yaradıcı eksperimentlər aparmaları üçün meydança təqdim etmək məramı ilə düzənlənmiş bir proqramdır.
Dekabrın 18-də YARAT Müasir İncəsənət Mərkəzində Lyublin Rəqs Teatrının təqdimatında “DANIŞMADIĞIMIZ ƏHVALATLAR” adlı tamaşa göstəriləcək.
Tamaşada dörd qəhrəman – bir-birindən tamam fərqli dörd xarakter səhnəyə çıxır, hər biri də müəyyən sözlər, obrazlar, hərəkət və rəqs vasitəsilə öz əhvalatını danışmağa çalışır. Bunların səhnədə bir-biri ilə necə toqquşması, şəxsi dramlarının bir-birinə necə qarışması, az qala, cismani gərginlik yaradır.
Bu səhnə əsəri Belarus, Ukrayna, Gürcüstan və Azərbaycan tamaşaçılarını müasir Polşa rəqsləri ilə tanış etmək məqsədinə xidmət edən layihənin tərkib hissəsi kimi yaranmışdır.
Layihə Polşanın Azərbaycandakı Səfirliyinin, Polşa Mədəniyyət və Milli İrs Nazirliyinin və Lublin Mədəniyyət Mərkəzinin dəstəyi ilə həyata keçirilir.
Tarix: 18 December, 2015
Saat: 19:00
Giriş sərbəstdir
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanına yaxın)
Əlaqə: info@yarat.az; 012 5051414