Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
18 Okt 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
18 sentyabr 2016-cı il tarixində rejissor İmam Həsənovun “Müqəddəs inək” adlı filmi təqdim olunacaq.
Müqəddəs İnək / 2015 / Azərbaycan, Rumıniya, Almaniya / 77 dəq / Sənədli film / Rəngli
Film dəyişiklərlə adət-ənənələrin balansını saxlaya çalışan kişinin hekayətidir.
Tapdıq – Lahıcda yaşayan fermerdir. O, möcüzəli bir inək barədə eşidib hesab edir ki, bu ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaqda yardım göstərəcək. Arzusu inəyi almaq və adını Madonna qoymaqdır. Amma nə ağsaqqallar, nə kəndin sakinləri inəyin gətirilməsini istərmirlər. Onlar hesab edirlər ki, onun südündə "yadelli maddələr" var. Hətta onun arvadı Vəfa belə qəribə cinsin qayğısına qalmaq istəmir.
Film müasir Azərbaycan kənd həyatını, sakinlərin mentalitetini göstərir. Bir inəyin misalında yeniliklər və dəyişiklərə yanaşmasını təsvir edir.
Film Amsterdamda IDFA „First Appearance Competition”, Torontoda Hot Docs – „World Showcase”, Praqada One World və daha bir neçə beynəlxalq festivalda iştirak etmişdi.
Bakıdan başqa, film Sumqayıt (oktyabrın 8-zi), Mingəçevir (oktyabrın 13-çü), Gəncə, Quba, Lənrəkan, Lahıc, Quba və İvanovkada nümayış olunacaq.
Production companies: Fine Art, Kloos və Co, Conset Film
Web səhifə: www.holycowfilm.com
Produser: Andra Popescu
Cinematography: Sarvar Javadov
Editor: Philipp Gromov
Səs: Jalil Mamadov
Musiqi: Le Trio Jourban
Rollarda: Majid Abbasov, Khanali Huseynli, Vafa Huseynli, Murtuza Murshudov
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 18 sentyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.