Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
21 İyn 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
21 iyun 2016-cı il tarixində rejissor Elçin Musayevin “40-cı qapı” adlı filmini təqdim edirik. Film «Ritm Prodakşn» tərəfindən istehsal olunub. Layihənin prodüseri Xəqani Savalandır.
40-cı qapı / 2009 / Azərbaycan, Almaniya / 85 dəq / Dram / Rəngli
Rejisser: Elçin Musaoğlu
Rollarda: Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov, Adil Zeynalov, Ozal Muradov, Kenan Farajullayev
Film Azərbaycan xalqı üçün ağır olan bir vaxtda – 1990-cı illərin əvvəlində bütün çətinliklərdən keçmiş 14 yaşlı oğlanın (Həsən Səfərov) taleyindən bəhs edir. Bakının 40 kilometrliyində yaşayan uşaq anasının himayəsində böyüyür. Rusiyaya qazanc dalınca gedən atası rəhmətə getmiş oğlan təhsilini atıb anasına (Gülər Nəbiyeva) maddi dəstək vermək məqsədilə işləmək qərarına gəlir. Bakıətrafı qəsəbədə yaşayan oğlan özünü və anasını dolandırmaq barədə düşünmək məcburiyyətindədir
2009-cu il 26 apreldə Hyustonda (ABŞ) 42-ci Beynəlxalq Kinofestivalı Film “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl mükafata layiq görülmüşdu.
Film Azərbaycan dilində nümayiş etdiriləcək
16 +
Tarix: 21 iyun, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir