Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
29 Dek 15
YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. Böyük məmnunluq hissi ilə Sizi YARAT Film Klubunun növbəti tədbirinə dəvət edirik. Bu dəfə Film Klubumuzda "Dörd divar arasında" adlı film nümayiş etdiriləcək. Filmin ssenari müəllifi və rejissoru – Leyli Qafarova
Dörd divar arasında / 2014 / Azərbaycan / 12.25 dəq. / Drama / Rəngli
Tomas, Flamand sərhədində məskunlaşmış bohem həyatı yaşayan sənətkardır. O, Əlcəzair əsilli Zəhra-ananı günah sayılan xəyanət yoluna çəkməyə müvəffəq olur. Bu iki sevgili, Tomasın xudmani emalatxanasında kölgəli bir cənnət guşəsi quraraq, burada yol azdıran, qatma-qarışıq, həm də həzin anların hüdudlarını sınayırlar.
CinéWomen “Dörd divar arasında” filmi haqqında: "Böyük məmnunluq hissi ilə Sizə xəbər veririk ki, “Dörd divar arasında” filmi CinéWomen-in məxsusi olaraq müstəqil kinorejissor və video-art sənətkarlarını təqdim edən özəl Biennale buraxılışı üçün seçilmişdir. Filminiz həqiqətən bizə böyük təsir bağışlamışdı. Sizin mövzuya necə yanaşmanız, birbaşa, yəni düşünmədən emosional reaksiya göstərməniz çox bəyənilmişdi. Zərif 16-millimetrlik ağ-qara kinematoqrafa müraciət edərək, əldə tutulan kameradan tədbirli istifadə etməniz bizə Filipp Qarrelin erkən yaradıcılığını xatırlatdı."
Film fransızca nümayiş etdiriləcək, ingiliscə alt-yazıları olacaq
18 +
Tarix: 29 dekabr, 2015
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir