Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
28 Fev 23
YARAT Müasir İncəsənət Məkanı yeni ART-debat layihəsinə start verir! ART-debat, ekspertlər tərəfindən incəsənət gündəminin düşündürücü suallarını müzakirəyə çıxaran və hərtərəfli təhlil edən diskurs layihəsidir.
Layihənin ilk diskursu: “İncəsənətdə kommersiya: İncəsənət dəyəri və ya dəyərli incəsənət?”
Yüksək qiymət hər zaman keyfiyyət göstəricisi olmur, lakin sənət əsərinin fiziki dəyəri artdıqca, cəmiyyətin ona qarşı maraq və tələbatı çoxalır.
Bəzi ekspertlər iddia edirlər ki, kommersiya uğuru rəssamın tanınmasına kömək edir, digər tərəfdən isə rəssam istedadının kommersiya qurbanına çevrilməsi və sənətçinin yalnız gəlir naminə əsərlər yaratmağa vadar etdiyi düşünülür.
Debat, Azərbaycanın incəsənət bazarında mövcud olan tendensiyaların rəssamların formalaşmasına necə təsir göstərməsini və s. mövzuları əhatə edəcək.
Moderator:
Qalib Qasımov (sənətşünas, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru)
Debatçılar:
Əsmər Abdullayeva (sənətkarlıq üzrə beynəlxalq dərəcəli ekspert, art-tənqidçi və “Asmart Creative Hub” yaradıcılıq mərkəzinin təsisçisi),
Rafael Gülməmmədli (Bakı İncəsənət Mərkəzinin baş direktoru, rəssam və incəsənət tədqiqatçısı)
Tarix: 28 fevral, 2023
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Dil: Azərbaycan dili
Yaş məhdudiyyəti: 16+
Qeydiyyat üçün profildəki linkə daxil olun: https://cutt.ly/L36VBvI
Yerlərin sayı məhduddur.
COVID-pasportun olması zəruridir.
Əlavə məlumat üçün: 050 246 92 92