Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
08 Fev 24
YARAT Müasir İncəsənət Məkanı keçiriləcək filoloq-linqvist və tarixçi Seymur Ağayevin “Ruhun səyahəti” adlı mühazirəsinə dəvət edirik. Tədbirdə cari “Ekinoks” qrup sərgisində nümayiş olunan müasir gürcü rəssamlarının əsərlərinin ideya və fəlsəfi mənalarından bəhs edəcəyik.
Biz, həmçinin əsərlərin yaradılmasında dayanan ümumi fikirləri müzakirə edəcəyik, bu əsərlərin filosoflar M. Mamardaşvili, M. Prust, E. Kant və G. Hegelin yaradıcılıqlarına necə bağlı olduğunu araşdıracayıq.
Seymur Ağayev Moskva Dövlət Universitetinin məzunudur, uzun illərdir ki, tarix, ədəbiyyat, fəlsəfə sahələri üzrə tədqiqatlar aparır və bu fənləri tədris edir. O, həmçinin humanitar elm biliklərinin artırılmasına yönəlmiş “Art & Creativity Club”, “Cult Baku”, o cümlədən müəllif olduğu “Fəlsəfə: düşüncə sənəti” və “Dünya tarixi: qeyri-ənənəvi baxış” kimi bir sıra təhsil layihələrin iştirakçısıdır.
Mühazirə Azərbaycan dilində keçiriləcək.
8 fevral / 19:00
YARAT Mərkəzi
Giriş sərbəstdir