28 Apr 24
Əziz dostlar,
Sizi hazırkı sərgimizin yekun tədbirinə —Miras Sound ilə birgə hazırladığımız “XİTAB” adlı yeni layihəmizin təqdimatına dəvət edirik.
“XİTAB” — poeziya və musiqinin zənginliyini və onların bir-biriylə əlaqəsini araşdıran layihədir.
Tədbir zamanı, siz, müasir tərzdə mənalandırılmış məşhur şairlərin qəzəllərindən həzz alacaqsınız.
Maraqlı çıxışları seyr etmək üçün bizə qoşulun, emosiyalar və hekayələr ilə bol olan sirli incəsənət aləmini kəşf edin.
İştirakçılar:
Qəzəlxan - Pünhan Əzim
Musiqiçi - DEWAR
Tarix: 28 aprel
Vaxt: 18:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir