Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
01 Mar 16
Bizim YARAT Film Klubumuz gələn çərşənbə axşamına – martın 1-nə – sizin üçün xoş bir sürpriz hazırlayır.
Biz müxtəlif ölkələrin rejissorları tərəfindən qısa metraj formatında ekrana gətirilmiş, bir-birindən xeyli fərqlənən 7 hekayəni götürüb birləşdirdik.
Bundan əlavə, sizi məxsusi olaraq Bakı tamaşaçısına üz tutan rejissorların video müraciətləri, eləcə də bir neçə filmin müəllifi olan sənətkarlarla skayp bağlantısı gözləyir!
1. Piramida / Varde (Norveç, 2008), rejissor Hanna Larsen
Film şəxsiyyətin kamilləşməsindən, mənəvi prinsiplərdən, bir də yeniyetmələr arasında olan münasibətlərdən bəhs edir. Filmin baş qəhrəmanı 11 yaşlı Yohandır. Sadə və saf zarafat kimi başlanan bir əhvalat böyüyüb oğlanın qarşısında duran əsl əxlaqi dilemmaya dönür.
2. Güzgü / The Mirror (Fransa, 2015), rejissorlar Antuan Tinqueli və Loren Foşer
Güzgü ona baxanın görkəmini əks etdirməkdən əlavə, həyatımızın bütün dövrlərini, hər bir mərhələsini göstərməyə qadirdir: uşaqlıq dövrünü, gəncliyi, yetkinliyi və nəhayət, ahıllıq yaşımızı. Filmdəki güzgü müəyyən portal, giriş kimi olmuşdur – o, tamaşaçılara adi insanın daxili aləminə nəzər salmağa imkan verir. Biz bu qapıdan boylanıb, ən təsirli, ən kövrək anları xəlvətcə seyr edirik, filmin özü isə insan həyatının dəyərli və fani olduğu barədə bir xatırlamadır.
3. Qarasına görüşlər / Speed dating (ABŞ, 2014), rejissor Meqann Artes
Ava xəyal etdiyi kişiyə rast gəlmək ümidini tamam itirib, təhlükəli bir addım atır – qarasına görüşlər silsiləsinə razılıq verir. Ancaq bir sıra qəribə personajlarla qarşılaşmalı olduqdan sonra belə bir qənaətə gəlir ki, təklik, bəlkə də, o qədər də pis şey deyilmiş.
4. Kastinq / Кастинг (Rusiya, 2013), rejissor Alina Poliçuk
Gənc aktyor Valentin çox böyük bir layihənin kastinqinə yazılır. Bu iş ona “bir an içində” məşhur olmağa kömək edə bilər. Ancaq layihənin rejissoru və operatoru Valentinin aktyor bacarıqlarının kamera qarşısında tam açılması üçün onu, demək olar ki, didib-dağıtmağa hazırdırlar. Gənc aktyor qətiyyətlidir, kastinq seçimini keçmək üçün hər şeyə razılaşır. Ya da ki – az qala, hər şeyə.
5. Təsəvvürünə gətir / Imagine (Böyük Britaniya, 2008), rejissor Karl Mason
Olduqca səmimi bir filmdir. 17-yaşlı kinematoqrafçı tərəfindən öz sevgilisini – ağır və ümidsiz xəstəliyə düçar olmuş qızı ruhlandırmaq cəhdi olaraq lentə alınmışdır.
6. Soyuducu / Холодильник (Rusiya, 2013), rejissor Maksim Kulagin
Maksim Londona çıxıb-getmək xəyalı ilə yaşayır və nəhayət, bunun üçün viza alır. Ancaq anasının köhnə soyuducunu tullamaq barədə sadə bir xahişi onun xəyalını birdəfəlik məhv edə bilərmiş!
7. Lila / Lila (Argentina, 2014), rejissor Karlos Laskano
Riqqətli və gözəl bir filmdir, baş qəhrəmanı isə – öz sənəti vasitəsilə adamlara qəribə tərzdə kömək edən gənc bir qadındır.
Tarix: 23 fevral, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir