Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
27 Sen 17
YARAT Müasur İncəsənət Məkanı sizi caz musiqisi gecəsinə dəvət edirik!
Gənc və istedadlı pianoçu Nicat Aslanov öz ifası ilə sizləri biganə qoymayacaq. Musiqiçilər klassik caz proqramına fank, latino və svinq istiqamətləri də əlavə etdilər.
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil edilmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
İfaçılar:
Nicat Aslanov – piano
Əli İbrahimzadə – elektro-gitara
Tofiq Cabbarov – perkussiya
Nicat Paşazadə – bas-gitara
Həsən Bilalov – zərb alətləri
Xüsusi qonaq: Azərbaycanın Əməkdar artisti Tofiq Cabbarov.
Tarix: 27 sentyabr, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +994 12 505 1414
Giriş sərbəstdir