29 Sen 16
YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.
Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edirik.
29 sentyabr 2016-cı il tarixində YARAT Müzakirələri layihəsi çərçivəsində, post-sovet məkanında qocaman çap nəşri olan, bu il 110 yaşını qeyd edən, Azərbaycan Prezidenti Administrasiyasının rəsmi qəzeti “Bakinskiy raboçiy”-nin baş redaktoru Rəhman Hacıyevlə görüş təşkil olunacaq.“Bakinskiy raboçiy”-nin baş redaktoru ilə yanaşı, Rəhman Hacıyev «1news.az» onlayn layihəsinin rəhbəridir.
Tarix: 29 sentyabr 2016
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)
Giriş sərbəstdir