Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
01 Apr 17
YARAT Müasir İncəsənət Məkanı Sizi, müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş «Aldanma!» adlı ədəbiyyat və musiqi gecəsinə 1 aprel, 2017 saat 19:00-da dəvət edir.
Tədbirdə Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov və onun yaradıcı kollektivi ilə birgə hazırlanmış xüsusi proqram təqdim olunacaq. Ədəbiyyat gecəsi çərçivəsində Eyyub Yaqubov ilk dəfə Yıxılır dünya mahnısının video klipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda Eyyub Yaqubovun canlı konserti baş tutacaq.
Orxan Hüseynovun Əziz Sevgilim sərgisi gecənin ilham mənbəyidir
Proqram:
Səlim Babullaoğlu və Eyyub Yaqubovla musiqi klipinin və yaradıcılıq haqqında müzakirə
2-ci mərtəbə, zal
Müasir şairlərin çıxışları
Səlim Babullaoğlu, Qismət və Fərid Hüseyn
1-ci mərtəbə, sərgi otaqları
Tapmacanın dadına bax
qeyri-adi milli mətbəx təamların dequstasiyası
1-ci mərtəbə - kitabxana, 2-ci mərtəbə - giriş qapısı
İnstrumental musiqi ifaları
1-ci mərtəbə, sərgi zalı
Eyyub Yaqubovun musiqili çıxışı
Məkan: 2-ci mərtəbə, zal
Tarix: 1 aprel 2017-ci il
Vaxt: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)
Giriş sərbəstdir