Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
16 Dek 17
YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Sizi dünyanın ən iri tədbirlərdən biri olan Future Shorts qisametrajlı film festivalının Payız mövsümünə dəvət edir!
2018-ci ilin payız mövsümü toplusunun nümayişi yaradıcı qruplar və fərdlər üçün meydan olan YARAT FreeStyle proqramı çərçivəsində keçirilir.
Hal-hazırda festival 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək 1 il ərzində bütün dünya üzrə 1,400 baxış təklif edir.
Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanmışdır. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.
Future Shorts festivalının Payız mövsümü toplusu özündə 5 filmi birləşdirir.
Filmlərin nümayiş dili: orijinal (rus dili alt yazıları ilə).
Tarix: 15 dekabr, 2017-ci il
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanına yaxın
Giriş: öncədən qeydiyyat ilə +994125051414 və ya +994502469292