May 2018

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB: QANADLI ХATİRƏLƏR. LEYLA VƏKİLOVA

20 İyn 18

YARAT Müasir İncəsənət Məkanı SSRİ xalq artisti, professor və dahi pedaqoq, balerina Leyla Vəkilovanın xatirəsinə həsr olunmuş “Qanadli Хatirələr. Leyla Vəkilova” sənədli filminin nümayişini təqdim edir. 


Leyla Vəkilova (1927-1999) səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Tatyana Amiraqo və Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirəndən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb.

Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. O, həmçinin 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri olub.


Filmin rejissoru Babək Abbaszadədir. Layihənin ideya müəllifi, Leyla Vəkilovanın tələbəsi - rəqqas, xoreoqraf, Azərbaycanın əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədovdur. Senariy müəllifi və rejissyor - Babək Abbaszadə, montaj ustası - Pərviz Səlimov, icraçı produsser - Qənirə Qurbanlı, bədii rəhbər - Tahir Tahiroviç, produsser - İqbal Məmmədəliyev, mətni oxuyan - Elşən Rüstəmov


Tarix: 20 iyun, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir