Aprel 2024

FİLM KLUB: MƏZAHİR HAŞIMOVUN ELİZA FİLMİ

23 Yan 18

YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 23 yanvar 2018-ci il tarixində rejissor Məzahir Haşımovun Eliza qısametraj filminin nümayişinə dəvət edir


Eliza / 2017 / Azərbaycan / 24 dəq. / drama / rəngli


Anasının ölümündən sonra Elizanı bibisi böyüdür. Çox inadkar olan Elizanın bu xasiyyəti ona şəxsi həyatında mane olur. Bunu görən bibisi Elizanın həyatına müdaxilə edir və onu gənc bir oğlanla tanış edir. Bu tanışlıq Elizanın həyatında xüsusi dəyişikliklərə yol açır...


Film Azərbaycan dilində ingilis dili subtitrları ilə nümayiş olunacaq


Tarix: 23 yanvar, 2018

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Giriş sərbəstdir

Yüklənir