Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏSSAM İLƏ GÖRÜŞ: FİDAN KİM

24 Yan 18

YARAT Müasir İncəsənət Məkanı Sizi gənc rəssam Fidan Kim ilə görüşə dəvət edir.


Fidan Kim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4cü kurs tələbəsi, Rəssamlar İttifaqının Gənclər birliyinin üzvü. Ölkədə və xaricdə çoxsaylı sərgilərdə iştirak edib. Parisdə Carrousel du Louvre Art Shopping festivalı, Moskvada və Tiflisdə İdeya təşkilatı tərəfindən keçirilən Live Life sərgisi, 6cı Beynalxalq Qiz Qalası festivalı, İlk Avropa Olimpiya oyunları çərçivəsində keçirilən layihə, Arts Council təşkilatı tərəfindən keçirilən sergilər və layihələr, İçəri Şəhər, UNESCO və Heydər Əliyev fondunun təşkil etdiyi sərgilər və festivallar. Dəfələrlə İtaliyada, İngiltərədə, Gürcüstanda və Abş – da master klassdar almışdır. 2013 və 2014cü illərdə Uşaqlığın son gecəsi və Paradokslar adlı iki fərdi sərgisi Muasir İncəsənət Mərkəzində keçirilmişdir.
Milli İncəsənət Muzeyində keçirilən “Art Rising” sərgisinin kuratoru və iştirakçısı. Həmçinin o şüşə və keramika üzərindədə işləyib. Abş- da olduğu zaman kitab illustrasiyası ilə məşqul idi. Erkən yaşlarından sənət ilə məşqul idi, fərqli rəssamların əmalatxanalarına gedirdi və xaricdə master klassdar alırdı. Çox vaxt kağız üzərində mürəkkəb ilə eskizlər edirdi. Beləliklə o Sirlər adlı grafika üslubunda rəsm seriyasını yaratdı. Hər bir rəsm fərqli personajlar və süjetlər ilə zəngin idi. Sonradan o bu eskizləri kətan üzərinə keçirtməyə başladı. Orada grafika, oriyentalizm və sürrealizm üslublarını birləştirdi. Çox zaman ornamentlərdən və miniatüralardan istifadə edirdi. Onun yaradıcılığında ən böyuk rolu yuxuları oynayir. Ən uğurlu işlərini yuxuda görüb və sonradan onu kətana keçirdib.


Tarix: 24 yanvar, 2018

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Giriş sərbəstdir

Yüklənir