May 2017

ZAMANIN İZLƏRİ SƏYYAR SƏRGİ / QUSAR / AZƏRBAYCAN

14 Apr - 10 İyl 17

YARAT Müasir İncəsənət Məkanı “Zamanın İzləri” adlı səyyar sərgini Qusar rayonunda təqdim edir.


Zamanın izləri adlı sərgi film, fotoqrafiya və rəngkarlıq sahələrində çalışan yerli və regionun müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanır. Ekspozisiyaya daxil olan əsərlər YARAT Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının hissəsidir. 


Sərgi nəzərdən qaçırılmış və instənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır. Sənan Ələsgərovun Sadəliyin şəffaflığı adlı əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın Ekranlar adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanış anlarının ekranlaşdırılmasıdır. Rəssam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur.

Fərid Rəsulov Ətalət adlı video əsərində Qurban Bayramı ərəfəsində ümumi ət kəsmə təcrübəsini ekranlaşdırmışdır. Lakin hadisələr videoda əks dövriyyədə cərayan edirlər və ət tikələrə kəsilmək yerinə, bütövləşir, birləşirlər. Bu video bizim qavrayışımızın ətrafında suallar yaradaraq, adi baş verənlərə yeni istiqamət verir.

Sərgi daha iri miqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır. İlkin Hüseynovun “Rəngi xatırlayaraq” foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncə şəhərinin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti əl ilə rənglənmişdir, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır.

Zamir SuleymanovEmin Əzizbəylinin “Astar” adlı qısa metrajlı filmi bir gəncin gündəlik çayxana, əyləncə mərkəzləri, tozlu küçələr və tərkedilmiş çimərliklərdən ibarət həyatını göstərir. Bu rutin  Azərbaycan gəncləri arasında geniş yayılmış mənsubiyyətsizlik və qaçış hissini təsvir edir.

Oxşar sıxışma hissi Koka Ramişvilinin “Çay, Kofe və Süd" videosunda ifadə olunur, burada simasız baş qəhrəmanlar çıxılmaz dövriyələrdə ilişmiş mayələri sonsuza qədər masaların üstünə tökürlər. Video əsərlər məcazi metafora olaraq Post Sovet Gürcüstanının reallıqlarını proqresin onun məqsədindən vaz keçməsi kimi görünür.

Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xəttlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhz edir. Yüksək moda estetikasında çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış  şəraitinin uyğunsuzluğunu qeyd edir.

Nevin Aladağın “Beş Daş Oyunu” rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir.

Orxan Hüseynovun Sovetski atelyesi videofilmi Bakının keçmiş Sovet küçəsinə həsr olunub. Sovetlər dönəmində SSRİ-nin bütün şəhərlərində bu adda bir küçə olmalı idi. Orxan Hüseynov öz filmində bu Bakı məhəlləsinin meydana çıxardığı özünəməxsus adət və qaydaları, onların təşkil etdiyi qəribə mədəniyyəti, onun xüsusi bir ab-havasını əks etdirir. O, filmin çəkilişini tezləşdirməli idi, çünki sözügedən ərazi şəhərin yenidənqurma planına uyğun olaraq yaxın zamanda tamam sökülməlidir.

Ramal Kazımın əlli rəsmdən tərtib olunmuş “Adsız” kollajında təkbaşına yaşanan mübarizənin və həyəcanlı anların artıq müasir həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi göstərilmişdi.


Included works are part of the YARAT Contemporary Art Centre’s permanent collection.


Tarix: 14 aprel  - 10 iyul 2017

Açılış: 14 Aprel, 2017. Saat 16:00

Ünvan: Qusar Dövlət Rsm Qalereyası

Qusar rayonu, Fəxrəddin Musayev küç. 3

Sərginin iş günləri: Bazar ertəsi – Şənbə 

Sərginin iş saatları: 09:00 – 18:00 (13:00 – 14:00 fasilə)

Giriş sərbəstdir


Ətraflı məlumat üçün:

Hokuma Kərimova

Tel: +994 50 274 67 44

Email: hokuma.k@yarat.az


 

Yüklənir