Mart 2017

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: FƏRHAD FƏRZƏLİYEV MOLOTOV GÜLABI FƏRDİ SƏRGİ

03 Mar - 17 Mar 17

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyət hissi ilə sizi Fərhad Fərzəliyevin ARTIM Layihə Məkanında keçiriləcək “Molotov gülabı” adlı fərdi sərgisinə dəvət edir.


Vernisaj və performans: 3 Mart 2017

Saat: 19:00

Sərgi: 3 – 17 Mart 2017

Finisaj: 17 Mart, 19:00-21:00

ARTIM Layihə Məkanı

Ünvan: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A 

Giriş sərbəstdir


Gənc Azərbaycan rəssamı Fərhad Fərzəliyevin “Molotov gülabı” adlı fərdi sərgisi özündə kimya elmi ilə yaradıcılıq təcrübəsini birləşdirən eksperimental layihədir. Rəssam öz doğma babasından, məşhur Azərbaycan kimyaçı alimi Yusif Məmmədəliyevdən (1905, Ordubad, Naxçıvan – 1961, Bakı, Azərbaycan) ilhamlanaraq layihəni ərsəyə gətirib. İstedadlı kimyaçı, alim, yenilikçi, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. Məmmədəliyev poeziya sənətini sevməklə bərabər, özü də gözəl şeirlər yazmışdı. Y.Məmmədəliyevin II Dünya müharibəsini zamanı alman tanklarına qarşı mübarizəyə töhfəsi də böyükdür. Alim bu tanklara qarşı çox təsirli vasitə - onun metodu ilə sintezləşdirilmiş yanacaq qatışığı təklif edir. Hər hansı tankın alovlanması üçün 200 millilitr belə yanacaq qatışığı kifayət idi. SSRİ-də tankları məhv etmək üçün belə bir vasitənin ixtira olunduğunu ilk dəfə SSRİ xarici işlər naziri Vyaçeslav Molotovdan eşidən Britaniyanın baş naziri Uinston Çörçil bu yanacağı obrazlı şəkildə “Molotov kokteyli” adlandırdı.

Sərgidə qızılgül suyu (gülab) ilə doldurulmuş “Molotov kokteyli”nə bənzər butulkaların divarlara çırpılaraq poeziya performansı nümayiş olunur. Bu “qəzəb” aktı zamanı, lakmus kağızları və kimyəvi həlimlərin vasitəsilə yazılmış şeir misraları maye ilə təmasdan sonra peyda olurlar. Qızılgül suyu təkcə rəssamın babasının anadan olduğu yerə istinad deyil, eyni zamanda incəlik, yumşaqlıq və sevginin rəmzidir, həmçinin qızılgülü cənnət gülü hesab edirlər. Performans kövrəklik, zorakılıq, nitq və nostalji, qəzəb və sevgi anlayışları üzərində qurulub.


Fərhad Fərzəliyev 1989-cu ildə Bakı şəhərində anadan olub. O, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəssam-memar ixtisası üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsinə yiyələnib. Rəssam müxtəlif janrlarda işləyir, diqqətini əsasən yeni mediada cəmləyir: video və fotoqrafiyadan saund-instalyasiyalaradək, öz yaradıcılığında neon və tekstildən tutmuş redi-meyd obyektlərədək müxtəlif materiallardan istifadə edir. O, 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, dünya üzrə çox sayda qrup sərgilərinin iştirakçısıdır, o cümlədən: 2007-ci ildə Drezden Milli qalereyasında “Steps of Time” sərgisi, 2012-ci ildə Bakıda “ZAVOD” sərgisi, 2014-cü ildə Şarja İslam İncəsənəti Festivalı, 2015-ci ildə Moskva Müasir İncəsənət Biennalesi, 2014-cü ildə Moskva Müasir İncəsənət Gənclər Biennalesi, 2014-cü ildə Londonda Saatchi qalereyasında “Start Art Fair” sərgisi, 2015-ci ildə “Səmadan bir damla” adlı 3-cü Bakı pablik art festivalı. 2015-ci ildə Rusiyanın Perm şəhərində yerləşən PERMM muzeyində Azərbaycan müasir incəsənətinin “Konfet dağlar, neftli sahillər” qrup sərgisində həm rəssam, həm də kurator kimi iştirak etmişdir. Fərhad Fərzəliyevin 2015-ci ildə YAY Qalereyasında “Yeganə Pələngin Mənəm” adlı ilk fərdi sərgisi baş tutub. Onun əsərləri Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.

Sərginin günləri: 3 – 17 mart 2017-ci il

İşləmə saatları: Çərşənbə axşamı – Bazar, 14.00 – 20.00

For more information: 012 505 1414


FACEBOOK

Yüklənir