Aprel 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: ƏZİZ SEVGİLİM ORXAN HÜSEYNOVUN FƏRDİ SƏRGİSİ

11 Mar - 14 May 17

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Orxan Hüseynovun Əziz Sevgilim adlı ilk iri miqyaslı fərdi sərgisini təqdim edir. 


Orxan Hüseynov məhz bu sərgi üçün 5 yeni möhtəşəm əsər yaradıb. Bu əsərlər gündəlik həyatımızın bir hissəsi, söhbətlərimizin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilmiş alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti internetin xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır. Müasir siyasət dünyasında olduğu kimi, Orxan Hüseynovun əsərlərində də Doğru və Yalan anlayışları aktuallığını itirmiş kimi göstərilir və onlara populyar alternativ olaraq İmkan və Etimad anlayışları təqdim edilir. 

Əsasən, Etimad məfhumu reallıq, fantastika və fırıldaq mövzuları ətrafında dövriyə edən əsərlərin əsas predmetidir. Hər layihə çərçivəsində, rəssam tamaşaçısını bu hekayələrə emosional olaraq cəlb etmək üçün, yumor, istehza, şəfqət və faciəni bir araya qataraq, bədii ədəbiyyat, televiziya verilişi, populyar mahnı dilindən və üslubundan məharətlə istifadə edir.

Əziz Sevgilim layihəsi, bu hekayələrdə təqdim edilən saxta imkanlara qarşı çıxır, onları ifşa və alt-üst edir. Bu layihə çərçivəsində, rəssam uydurma hekayələrə nəzər yetirdiyinə baxmayaraq, onların ədəbiyyat, musiqi və ya populyar televiziya verilişi kimi mədəni əhəmiyyət daşımasını araşdır və qəbul edir.  


Sərgiin kuratoru: Björn Qeldhof. 


Sərgi: Əziz Sevgilim

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı meydanı, Bayıl qəsəbəsi, AZ1003 

Sərginin tarixləri: 11 mart – 4 iyun, 2017-ci il 

Sərginin iş günləri: Çərşənbə Axşamı – Bazar, saat 11:00 – 20:00. 

Sərbəst giriş


Rəssam haqqında

Orxan Hüseynov 1995-ci ildə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1999-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini “Şüşə və keramika” ixtisası üzrə bitirib. 2000-ci ildə o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr dərəcəsini qazanıb. Rəssam instalyasiya, rəngkarlıq və video sahəsində çalışır. Orxan Hüseynov eyni dərəcədə rəsm, rəngkarlıq və bir çox digər növlərdə bərabər dərəcədə məhsuldar olan rəssamdır. O, müxtəlif bədii vasitələr və materiallardan geniş istifadə edərək, Azərbaycan cəmiyyətində mövcud olan mədəni quruluşlar stereotipləri haqqında insanı düşünməyə vadar edən, eyni zamanda istehza ilə dolu əsərlər yaradır. Orxan Hüseynovun yaradıcılığının əsas istiqaməti onun konseptual əsərləridir. O, yaradıcılıq prosesini tədqiqatlarla birləşdirir. Bu, öz ifadə dilinin analizi ilə məşğul olan incəsənətdir, daha doğrusu, intellektual təcrübədir.

Rəssamın fərdi sərgiləri: “OFİS”, Kiçik QalArt qalereyası, Bakı, Azərbaycan, 2013; V. Səmədova adına sərgi salonu, Bakı, Azərbaycan, 1999, 2003; “KÖHNƏ BAKI”, Tropenmuseum, Amsterdam, Niderland, 2003; “ORXAN HÜSEYNOV – QRAFİKA”, “Humay” Azərbaycan Mədəniyyət Mərkəzi, London, Böyük Britaniya, 2000. Orxan Hüseynov bir çox yerli və beynəlxalq qrup sərgilərin iştirakçısı olub, o cümlədən: “Görüş yeri”, Cuadro Gallery, Dubay, BƏƏ, 2015; VIENNA ART FAIR, Vyana, Avstriya, 2014; “LOVE ME, LOVE ME NOT - Azərbaycan və qonşu ölkələrinin müasir incəsənəti”, 55-ci Venesiya Biennalesi, YARAT Müasir İncəsənət Məkanının pavilyonu, Venesiya, İtaliya; Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan, 2014; “FLY TO BAKU”, İncəsənət Tarixi Muzeyi, Vyana, Avstriya; Spazio D – MAXXI Muzeyi, Roma, İtaliya; Multimedia İncəsənət Muzeyi, Moskva, Rusiya; ME Collectors Room, Berlin, Almaniya; Hotel Salomon de Rothschild, Paris, Fransa; Phillips de Pury & Company, London, Böyük Britaniya, 2012-2013; “AKTUAL AZƏRBAYCAN İNCƏSƏNƏTİ”, Aidan Gallery, Moskva, Rusiya, 2010; “Omnia Mea”, 52-ci Venesiya Biennalesi, Azərbaycan pavilyonu, Venesiya, İtaliya; “ALÜMİNİUM II”, Beynəlxalq Müasir İncəsənət Biennalesi, Muzey Mərkəzi, Bakı, Azərbaycan, 2005 (Biennalenin 2-ci mükafatına layiq görülüb).


Sərgi ilə əlaqədar foto və materiallar üçün əlaqə:  

Hökümə Kərimova

Telefon: +99 450 2746747 

E-mail: hokuma.k@yarat.az  


FACEBOOK

Yüklənir