Aprel 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: DIS PLACE OSKAR MURİLLO (KOLUMBİYA) FƏRDİ SƏRGİ

11 Noy - 16 Apr 17

DIS PLACE (MƏKANSIZ)

YARAT Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan

11 noyabr 2016 – 16 aprel 2017


YARAT Müasir İncəsənət Məkanı Kolumbiya rəssamı Oskar Murillonun "Dis Place" (Məkan Sız) adlı fərdi sərgisini təqdim edir.


Müxtəlif texnika vasitəsi ilə yaradılmış, yeni valehedici silsilə əsərlərin daxil olduğu bu sərgi, rəssamın spesifik coğrafi kontekst çərçivəsində istehsal strukturlarını əhatə edən geniş konseptual dialoqların araşdırılması vasitələri qismində müxtəlif materiallara bağlılığını davam etdirir. 

Murillo özünün və digər xalqların mədəni irsinə müraciət etməklə, müntəzəm olaraq cəmiyyət və miqrasiya problemlərini araşdırır. Rəssamın Şimali Azərbaycanın qədim şəhərlərindən, tarixi İpək Yolunun üzərində ən vacib məntəqələrdən biri Şəkidə ipək parça istehsalı kombinatının bacarıqlı işçilərindən ibarət icması ilə əməkdaşlığı sərginin başlıca aspektini təşkil edir. Sovet dövründə ipək və pambıq parça istehsalı edən və 7000 nəfərdən çox işçisi olan Şəki İpək Kombinatı, şəhərdə yaşayan işçilərin icmasının bünövrəsini qoyub. Post-sovet dövründə özəlləşdirmə cəhdlərindən sonra, kombinatın öz keçmişinin bir qalığı kimi fəaliyyət göstərməsi səbəbindən, hal-hazırda, işçilərin əksəriyyəti bir çox imtiyazlardan məhrum olublar. İl ərzində kombinata etdiyi çoxsaylı səfərlər, Murillonun YARAT Müasir İncəsənət Mərkəzində nümayiş olunan sərginin əsas mahiyyətini və ideyasını formalaşdırmaqla yanaşı, öz doğma şəhəri La Paylada (Kolumbiya) yerləşən Şəkər İstehsalı Fabrikində oxşar sosial-iqtisadi duruma istinad edir. Şəki İpək Kombinatının heyəti və şəhər icması nümayəndələri ilə apardığı müzakirələrin və əməkdaşlığın məntiqi nəticəsi olaraq, rəssamın seçdiyi materiallarda özünü büruzə verir və kombinatın istehsal məkanı kimi yenidən canlanmasında imkan yaradır.

Oskar Murillo, regionda hələ də istifadə edilən və Şəkinin məşhur Xan Sarayında rast gəlinən, orta əsrlərin naxışlı şüşə şəbəkə texnikası üzərində geniş miqyaslı əsərlər silsiləsini yaratmaq üçün, yerli peşəkar sənətçilər ilə də yaxından əməkdaşlıq edib. 

Rəssam hazırda tərk edilmiş ərazinin fraqmenti, 1991–2016 adlı əsərində zərif şüşə materialını, kombinatın həyətindən tapdığı metal tullantılarının qırıntıları ilə əvəz etməklə, orijinal estetika ilə "oynayır" və poetik şərq dizaynına "siyasi ölçülər" də əlavə edir. Məkanın bütün tavanı boyunca uzanan mis şəbəkə, rəssamın "qara rəsmləri" üçün dəstək qismində çıxış edir. Bu rəsmlər, şəbəkənin müxtəlif səviyyələrindən asılıb və tavanı bəzi yerlərdə büsbütün örtür. A futile mercantile disposition (çarəsiz merkantil meyllik) (2016) adlanan instalyasiya, ağır, repressiv ab-hava yaradır və həyəcanlı iqtisadi çevrilişlərin təsirinə məruz qalmış icma daxilində, habelə ayrı-ayrı insanların həyatında entropiyaya səbəb olur. Bilavasitə qalereyanın divarında çəkilmiş qrafit rəsm, kombinatın tam məhsuldarlıqla çalışması və ləğv edilməsi arasında ani xatirəyə ünvanlanır. Eyni zamanda, catalyst (katalizator) (2016) adlanan fırfıranı əks etdirən videoyazı, sərginin mərkəzi obyektinə çevrilməklə, zamanın ötüb-keçməsini və tarixin təkrarlanmasını xarakterizə edir.


Rəssam haqqında:

Oskar Murillo 1986-cı ildə Kolumbiyada anadan olub. 2007-ci ildə Londonun Vestminster Universitetini təsviri incəsənət üzrə bakalavr dərəcəsi ilə bitirib. 2012-ci ildə isə London Kral İncəsənət Kollecini təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. Onun rəsm, video əsərləri və tamaşaları London, habelə hazırda yaşayıb-yaratdığı doğma La Payla (Kolumbiya) şəhəri ilə mədəniyyətlərarası əlaqələrindən qaynaqlanan icma anlayışı ilə sıx bağlıdır. Murillonun əsərləri dünyanın bir çox tanınmış məkanlarda sərgilənib. 2015-ci ildə Alexander Hamilton U.S. Custom House (Nyu-York) ("Performa 15" Biennalesinin bir hissəsi), Museo de Arte de la Universidad Nacional de Colombia (Boqota) və Centro Cultural Daoíz y Velarde (Madrid) ("ArcoColombia 2015" Müasir İncəsənət Yarmarkasının bir hissəsi) onun fərdi təqdimatları baş tutub. Bu ilin əvvəlində, Murillonun əsərləri Çində 2-ci Hançjou Lif Sənəti Triennalesi və Yaponiyada 3-cü Aiçi Triennalesində ("Homo Faber: Yaponiyada Göy Qurşağı Karvanı") sərgilənib. Halhazırda, rəssam Koreyada 5-ci Anyanq Pablik Art Layihəsində (APAP) iştirak edir.


Sərginin kuratoru: Suad Qarayeva-Maleki


Sərgi: Dis Place (Məkan sız)

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydana yaxın, Bayıl, AZ1003)

Tarix: 11 noyabr 2016 – 16 aprel 2017

Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 11:00 - 20:00

Giriş sərbəstdir.


Məlumat və şəkil əldə etmək istəyən KİV-lər üçün əlaqə:

Hökümə Kərimova

Telefon: +99 450 2746747

E-mail: hokuma.k@yarat.az


FACEBOOK

Yüklənir