Aprel 2024

`ЗАВОД` MÜASİR İNCƏSƏNƏT SƏRGİSİ

05 Okt - 17 Noy 13

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM layihəsi çərçivəsində 29 gənc rəssamların iştirakı ilə `ЗАВОД` müasir incəsənət sərgisinin təqdimatına dəvət edir. Təqdimat Bakı Kondisioner Zavodunun binasında 5 oktyabr, 2013 tarixində saat 18.00-da olacaqdır. Ünvan Ələsgər Qaibov küç. 10. /BAKMİL metro stansiyasına yaxın/

 

"Zavod" layihəsi qeyri-muzey və alternativ məkanların mənimsənilməsində Yarat Təşkilatının yeni addımı olacaqdır. Sərgi illərdi işini dayandırmış Bakı kondisioner istehsalı zavodunda keçirilir, sərgidə 29 gənc rəssam və dizayner iştirak edir. 

 

YARAT qeyri-kommersiya təşkilatı eksperimental meydançalarda təşəbbüslərini artıq bir neçə dəfə həyata keçirib. Əvvəllər art-intervensiya və performanslar gəmi təmiri zavodunda, mərkəzi şəhər avtovoğzalının qarşısındakı meydan və metronun Gənclik stansiyasının yaxınlığındakı yarımçıq tikilmiş binada ərsəyə gəlib. 

Sovet dönəmində Bakıda istehsal olunun kondisionerler Azərbaycan və qonşu respublikaların bütün sakinlərinin mənzillərinin sərinliyini təmin edirdi. Lakin SSRİ-nin dağılması istehsalın dayanmasına səbəb oldu. Rəssamların səyi nəticəsində boş sexlər və donmuş dəzgahlar yeniden qısa müddətə də olsa canlanacaq, yeni dövrün rəngi və enerjisi ilə dolacaq.


Zavodun transformasiyasında Anar Şəmsiyev, Ruslan Ağazadə, Arif Əmirov, Arzuman Mirzəsoy, Aydan Mirzəyeva, Ayna Musayeva, Butunay, Çingiz Mehdiyev, Elturan Məmmədov, Elvin Nəbizade, Emin Əzizbəyli, Fəxri Qurbanlı, Fəride Rəcəbova, Fərhad Fərzəliyev, Fidan Abdullazadə, Günel & Zak, Həbib Səhər, Irina Berezina, Lalə Qasım, Mehriban Şəmsəddinskaya, Nərmin Hümbətova ve Ali Hüseyn Bağırov, Nəzrin Məmmədova və Diana Haciyeva, Samir Salahov, Səyyarə Neymətova, Vüsalə Abdullayeva və Zamir Süleymanov iştirak ediblər.


"Zavod" layihəsi YARAT Təşkilatı tərəfindən düşünülüb və Venesiyada keçirilən Beynəlxalq Biennaledə və Şarjada keçirilən İslam İncəsənəti Festivalında Azərbaycanı təmsil eden istedadlı rəssam və kurator Faiq Əhmədin rəhbərliyi altında həyata keçirilir.

 

Dünya hərəkətlidir. Burada hər şey dövriyyəsini artıraraq təkrar olunur və nəhayət, əbədiyyətə qovuşur, amma məqsədi yeni qüvvə ilə dirçəlməkdir. Ən çox hərəkətə malik olanlarsa dünya boyu yayılmış sənaye məntəqələri-dir. Bu zonalar ağlasığmaz sürətlə dəyişir və inkişaf edir. Lakin yenə də elə zavodlar var ki, onları heç kim modernləşdirməyəcək və deməli, onların nəsibi sənaye tari-xinin bir hissəsinə çevrilməkdir.

Vaxtilə məşhur olan Bakı Kondisionerlər Zavodu artıq çoxdan fəaliyyət göstərmir, lakin bu yer zavodu ziyarət edən 29 gənc rəssam üçün ilham mənbəyi olub. Sərgini məhz orada keçirmək fikri meydana çıxan gün onların üzünü, emosiyalarını və üzə-rimə yağan ideya yağışını xatırlayıram. 

Zavodun tarixçəsindən tutmuş təyinatı bizə aydın olmayan obyektlərədək, demək olar, hər şey rəssamlara ilham verirdi. Sanki biz zaman və məkan səyyahına çevri-lərək başqa planetə düşmüşük. Hörmət və pərəstiş hissi doğuran bu yer, əvvəlki ruhunu itirməyib. Vaxtilə burada işləyən insanların ruhunun bu sexlərdə, sanki qədim heykəl tək dayanan bu dəzgahların ətrafında dolaşdığını desək yalan olmaz.

Layihədə iştirak edən gənc rəssamların yeni baxışları bu yerin tarixi dəyərini tam qəbul etməyə imkan verir. Zaman və nəsillərin ziddiyyəti vaxtilə yaşıdlarının işlədiyi zavod binasında öz ideyalarını gerçəkləşdirən gənc rəssamların yaradıcılığında ma-raqlı şəkildə çox parlaq əksini tapır. Rəssam birbaşa tarix obyekti ilə işləyir və onunla təmasda olaraq yeni bir şey yaradır. Nəticədə meydana çıxan obyekt kəşf olunma-mış əraziyə qədəm qoyan müəllifin keçirdiyi həyəcanları əks etdirir. Rəssam faktiki olaraq arxeoloji tədqiqat aparır, sadəcə bu dəfə işə incəsənət qoşulur. Onun tədqiqat obyektləri fantastik surətdə transformasiya olunaraq, iki tamamilə müxtəlif dünya və dövr arasında əlaqə yaradır.

Zavoddakı iş qismən ritual fəaliyyəti xatırladır, çünki bu yer xüsusi mistik qüvvəyə malikdir və sanki incəsənətdən pay və qurban gözləyir.

FAİQ ƏHMƏD, sərginin kuratoru

 

Layihəyə Artım gənc istedadların dəstəklənməsi proqramı çərçivəsində Bank Technique sponsorluq edir. Sərginin açılışı oktyabrın 5-də 18.00-da olacaq, və noyabrın 15-ə kimi davam edəcəkdir. Ünvan: Ələsgər Qaibov küç., 10. Əlaqə telefonu 012 5051414


Yüklənir