Avqust 2017

Ünvan

YAY QALEREYASI

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə

İŞ REJİMİ

12:00 > 20:00 (Bazar Ertəsi – qeyri iş günü)

ƏLAQƏ

+99412 505 2323

E-MAIL

info@yaygallery.com

YAY GALLERY

Xəritə

YAY QALEREYASI: DƏNİZ VƏ DAĞLAR ARASINDA

20 İyn - 29 Sen 17

YAY Qalereyası Sizi böyük məmnuniyyətlə Dəniz və dağlar arasında adlı qrup sərgisinin açılışına dəvət edir.

Dəniz və dağlar arasında sərgisi milli, mədəni və şəxsi mənsubiyyət suallarının araşdıran iki müxtəlif Azərbaycan rəssamları nəslinin əsərlərini bir araya gətirir. 
Dəniz və dağlar arasında sərgisi müstəsna olaraq Azərbaycanın coğrafi və tarixi kontekstindən çıxış edir və  həm avropalı həm də asiyalı olan, öz mədəni identikliyini ərəb, fars və rus təsirləri altında formalaşdırmış türkdilli xalq haqqında danışır.

Gənc rəssamlar Zamir Süleymanov və Emin Əzizbəylinin həmmüəllif olduqları qısametrajlı Astar filmi gənc oğlanın həyatda tutduğu adi işlərdən bəhs edir. Gerçəkliyin təxəyyülə qarışdığı bu film quraşdırma mühit konseptini, eləcə də şəxsiyyətin kimliyinə bu mühitin necə təsir göstərməsini araşdırır. 
Nadir Eminov Bəhram Gur və əjdaha instalyasiyasında Bakıda son illər ərzində aparılan rekonstruksiya və yenidənqurma işlərinə münasibət bildirir. Rəssamın fikrincə ictimai əraziləriüzlük daşları ilə yerli-yersiz örtmək tendensiyası kitç mədəniyyətindən başqa bir şey deyil. 
Zamir Süleymanovun Dağlar! Dağlar! adlı 7 ekranlı videosu Naxçıvanın yeddi müxtəlif dağ zirvəsi fonunda telefonla danışan kostyumlu kişiləri təsvir edir. Videoda iki müxtəlif – sosial və mifoloji baxış nöqtəsi yozulur. Rəssam birincisində “xüsusi əhəmiyyətli insan” fiqurunu yaradırsa, mifoloji yanaşmada 7 rəqəminin müqəddəs olmasını və əfsanəyə görə Nuh peyğəmbərin gəmisi Naxçıvan dağlarında, petroqlifləri ilə məşhur olan Gəmiqaya adlı yerdə lövbər salmasına işarə vurur.
Fərhad Fərzəli Gələ, sənə iki şirvan! Qoy cibüvə əsərində Sovet İttifaqı dönəmində hər kəs üçün əlçatan olan parçanın üzərinə uşaqlıqda eşitdiklərimiz sözləri kiril əlifbası ilə həkk edir. Bununla rəssam son 80 il ərzində Azərbaycan əlifbasının rəsmən üç dəfə dəyişdiriməsini vurğulayır. 
Aida Mahmudovanın 05.2015-07.11.2015 əsəri seyrçini nostalji duyğularının qanadlarında melanxolik mənzərəyə uçurur. Əsər dünya xəritəsində Azərbaycanın hal-hazırkı mövqeyinin təcəssümüdür.
Parisdə yaşayan Azərbaycanlı rəssam Babi Bədəlov söz birləşmələrindən yaratdığı əsərlərində mənşə və irs, o cümlədən regionun ideologiyasının formalaşmasında əhəmiyyətli rol oynamış dəyərlər mövzularını əhatə edir.  
Fərid Rəsulov Memarlıq dixotomiyası silsiləsində olan Adsız instalyasiyasında iki iri beton blok arasına incə şəbəkəni yerləşdirib. Şəbəkənin Azərbaycanı simvolizə elementi kimi qələmə verərək, rəssam ölkənin regionda tutduğu geosiyasi mövqeyini göstərir. 
Elturan Məmmədov Adsız yüksəkliklər adlı instalyasiyası Azərbaycanın mürəkkəb geosiyasi reallıqlarına münasibət qismində çıxış edir. Məşhur Google Maps proqramını istifadə edərək,Dağlıq Qarabağ zonasında işğal altında olan və daim atəşə məruz qalan adsız yüksəkliklər vəonların ətraflarında olan yaşayış məntəqələrinin yaşayışı problemlərinə toxunur. 
Tahir Salahovun Novxanı ziyarətgahı tablosu xalqın irsi identikliyi mövzusunu vurğulayır. Azərbaycanın hər bir hissəsində rast gəlinən, lakin İslam dininə zidd olan ziyarətgahların mövculduğu faktı paradoksal haldır. Lakin bu insanların onlara olan inamını azaltmır...
Məmmədhüseyn Hüseynovun Xınalıq adlı əsəri Azərbaycanın şimalında Böyük Qafqaz dağlarının yüksəkliklərində yerləşən eyniadlı kəndin mənzərəsini təsvir etməklə yanaşı, fərqli dili və adət-ənənələri, unikal memarlığı və mədəniyyəti olan etnik qrupun mövculduğuna diqqəti cəlb edir. 

rginin kuratorları: Björn Geldhof və Fərəh Ələkbərli

Sərginin açılışı: 20 iyun, 2017, saat 19:00
Sərginin müddəti: 20 iyun – 29 sentyabr, 2017 
İş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12.00-18.00
Məkan: YAY Qalereyası, İçərişəhər, Kiçik Qala küçəsi, 5 
Giriş sərbəstdir.

Rəssamların bioqrafiyaları:

Babi Bədəlov (d.1959) Parisdə yaşayıb-yaradan Azərbaycan əsilli rəssamdır. Öz əsərlərini söz birləşmələrindən ərsəyə gətirərək Babi, yaradıclığı vasitəsilə müxtəlif mövzulara toxunur. Babi Bədəlov xaricdə keçirilən çoxsaylı sərgilərin iştirakçısıdır. Onun əsərləri dünyanın məşhur muzeylərinin kolleksiyalarında saxlanılır. 
Nadir Eminov (d.1990) 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsini bitirib. Nadir heykəl, video və instalyasiya sahələrində fəaliyyət göstərir. Onun əsərləri çoxşahəli mövzu diapazonuna malik olmaqla, insan və kainat, insan təfəkkürü və fantaziyaları mövzularını əhatə edir. Rəssam bir çox sərgi və layihələrin iştirakçısıdır.

Fərhad Fərzəliyev (d.1989) Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini 2012-ci ildə fərqlənmə diplomu ilə bitirib, təsviri sənət üzrə magistr dərəcəsini qazanmışdır. 2016-cı ildə YAY Qalereyasında “Yeganə pələngin mənəm” adlı  ilk fərdi sərgisini təqdim etmişdir. 

Məmmədhüseyn Hüseynov (d.1967) Ə.Əzimzadə adına Rəssamlıq Kollecini, saha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinində təhsil alıb. Hüseynov rəngkarlıq, xalça və qobelen sahələrində fəaliyyət göstərir. Azərbaycanda və xaricdə keçirilən çoxsaylı sərgi və simpoziumların iştirakçisidir.

Aida Mahmudova (d.1982) Londonda Central Saint Martins İncəsənət və Dizayn Kollecinin “Rəngkarlıq” fakültəsində təhsil almışdır. Aida Mahmudovanın yaradıcılığının ilham mənbəyi doğma Azərbaycan mənzərələri və memarlığıdır. Rəssamın fərdi sərgiləri YAY Qalereyası (Bakı, 2016), Müasir İncəsənət Muzeyi (Bakı, 2015), Leila Heller Qalereyası (Nyu-York, 2015), Barbarian Art Qalereyası (Sürix, 2013) və Kiçik QalArt Qalereyasında (Bakı, 2013) keçirilmişdir.

Elturan Məmmədov (d.1990) Ukrayna Milli Aerokosmik Universitetinin məzunudur. Fotoqrafiya sənətini özü öyrənmiş Elturan əsasən sənədli foto sahəsində çalışır. Yaradıcılığında milli mədəniyyəti tədqiq edir, həmçinin rəssam əsərlərində insanın cəmiyyətin bir parçası olaraq müxtəlif hadisələr və hallarda özünü necə aparmasını araşdırır. 

Təhsilini Azərbaycan Dövlət Tibb Universitetində almış Fərid Rəsulov (1985) gözlənilmədən rəssam olmaq qərarına gəldikdən sonra, çox tez bir zamanda böyük uğurlar qazanmış oldu. Rəsulov incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərir – iri həcmli tablolar, instalyasiyalar, 3D qrafik əsərlər və heykəllər üzərində işləyir. 
 
Tahir Salahov (d.1928) V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə öz fərqliliyi ilə seçilir, ustad sənətkar sərt üslubda işləyən realist rəssam kimi tanınır. MDB-nin Rəssamlıq Akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən seçilən sənətkarlardan biri də Tahir Salahovdur. Tahir Salahov Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.

Zamir Süleymanov (d.1987) Azərbaycan Dövlət İqtisadiyyat Universitetini 2009-cu ildə bitirib. Zamir Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. Onun foto və video əsərləri rəssamı əhatə edən Azərbaycanın sosial-mədəni reallığına baxışının əks etdirir. Zamir Süleymanovun Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgilərin iştirakçısıdır: “Təəccüblənmək, Təəccübləndirmək”, ARTIM, Bakı, Şarja İslam İncəsənəti Biennalesi, GRID Beynəlxalq Foto və Video Sənəti Festivalı, Amsterdam və IV Moskva Gənclər İncəsənəti Biennalesi.

Emin Əzizbəyli (d.1992, Bakı) Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin maliyyə ixtisası üzrə məzunudur. Kinematoqrafiya və fotoqrafiya təcrübələrini 2011-ci ildə başlayıb. Debüt işi YAY Qalereyasında nümayiş etdirilmişdi. Əsərləri GRID Beynəlxalq Foto və Video Sənəti Festivalının (Amsterdam, 2014), eləcə də IV Moskva Gənclər İncəsənəti Biennalesinin proqramına daxil edilmişdi.

Yüklənir