Sentyabr 2017

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTİM LAYİHƏ MƏKANI: UZAQ ÜFÜQLƏR QRUP SƏRGİSİ

15 Sen - 01 Okt 17

YARAT Müasir İncəsənət Məkanı ARTIM layihəsi çərçivəsində Uzaq üfüqlər adlı qrup sərgini ARTIM Layihə Məkanında təqdim edir.


Uzaq üfüqlərrgisi altı gənc rəssam Gülnarə Kuzukova, Qafar Rzayev, İslam Həsənəlizadə, Aytən Abdullayeva, Natəvan Həsənəlizadə və Sultan Babazadənin yaradıcılıq ideyalarını təqdim edir. Rəssamlar hər biri şəxsi müşahidə və tədqiqatlara əsaslanan əsərlər ərsəyə gətiriblər. İnsan haqları, cəmiyyət problemləri, müasir həyat tərzi, mənəviyyat və irs mövzularına toxunan rəssamların hər biri uzaq üfüq rolunda çıxış edərək, öz mövqeyini təqdim edirlər. 


Gülnarə Kuzukova öz instalyasiyasında İslam ölkələrində qadın haqları mövzusuna toxunur. Rəssamın bu mövzu ətrafında apardığı tədqiqatlara əsaslanaraq, qadının haqlarının hədsiz sıxıldığı və bəzi ölkələrdə hətta tapdalandığı qənaətinə gəlmişdir.


Heykəltəraş İslam Həsənəlizadə cəmiyyətin hansı faktorlar altında eybəcərləşməsi sualını araşdıraraq, əsas amil kimi insanlarda artıq xəstəlik formasını almış xarici görünüşlərini dəyişmək arzusu mövzusu üzərində dayanır. 


Natəvan Həsənəlizadə Çar Midasın virusu adlı instalyasiyası Qədim Yunan əsatirinə əsaslanaraq, cəmiyyətimizdə dəbdəbəli həyat tərzinin reklam olunmasını və müasir insanların cah-calala olan marağını irad tutur.


Aytən Abdullayeva öz instalyasiyasını həyatımızda xırda detalların nə qədər önəmli olmasını diqqətə çatdırır. Rəssamın qənaətinə görə, istənilən əşyanın bir elementi çatışmayanda, o artıq öz funksiyasını yerinə yetirmək gücündə olmur.


Qafar Rzayev Bidət adlı instalyasiyasında İslam dininin son zamanlarda müxtəlif təsirlərə məruz qalması mövzusunu maddi mədəniyyət prizmasından açıqlayır. Rəssamın Azeri light adlı instalyasiyası isə Azərbaycanın təbii sərvəti və mədəni irsi mövzusuna toxunur. 


Sultan Babazadənin Özünə bax instalyasiyası Bakı küçələrində bir neçə müddət ərzində hazırladığı layihənin məntiqi davamıdır. Layihə insanlara, problemlərinin həllini ilk növbədə özlərində axtarmağa səsləyir. 


Açılış: 15 sentyabr, 19:00 

Sərginin müddəti: 15 sentyabr – 1 Oktyabr, 2017

Sərginin iş rejimi: Cümə axşamı – Bazar, 14:00 – 20:00 

Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)

Giriş sərbəstdir

Yüklənir