Sentyabr 2017

Ünvan

YARAT EMALATXANALARI

Akademik Həsən Əliyev küçəsi, 1061, Bakı, Azərbaycan, AZ1061

İŞ REJİMİ

Müvəqqəti baglıdır

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT EMALATXANALARI: AÇIQ QAPI GÜNÜ

30 Sen 17

YARAT Müasir İncəsənət Məkanı sizi YARAT Emalatxanalarında “Açıq qapı günü” tədbirinə dəvət edir.


YARAT Emalatxanaları bir günlük öz qapılarını ziyarətçilərin üzünə açacaq. Burada çalışan yerli və beynəlxalq rəssamlar, qonaqlara öz əsərlərini təqdim etmək, onlara ustad dərslərdə iştirak və hər kəslə öz biliklərini bölüşmək üçün hamını bu tədbirə qatılmağa dəvət edirlər. Böyük sənətçilər ailəsi ilə möhtəşəm incəsənət gününü siz də yaşayın və dizayn, rəsm, fotoqrafiya, elektron musiqi və memarliq daxil olmaqla, müxtəlif daşıyıcılarda təqdim edilən əsərlərdən ilhamlanın. Öz yollarını peşəkar incəsənət dünyasında axtaran gənc istedadları dəstəkləmək üçün, ARTIM LAB layihəsi haqqında müzakirələrlə yanaşı, əlavə məlumatlar, həmçinin rəssamların incəsənət proqramlarında uğurlu iştirakını istiqamətləndirən əsərlərin nümunələri təqdim ediləcək.


MÜZAKİRƏLƏR VƏ USTAD DƏRSLƏR: 

12:00 – 13:00 Müzakirə: Aydan Mirzəyeva – ARTIM Lab haqqında

12:00 – 13:00 Şeyla Salamzadə ilə Dizayn ustad dərsi;

14:00 – 16:00 Şahnaz Ağayeva ilə Qrafika ustad dərsi;

14:00 – 15:00 Aqil Tahirli ilə Fotoqrafiya ustad dərsi;

14:00 – 15:00 Maykl Hirşbixler (Avstriya) ilə Portfolio ustad dərsi;

15:00 – 17:00 Fərhad Fərzəliyev ilə Elektron musiqi ustad dərsi;

16:00 – 17:00 Müzakirə: Nika Kvataladze (Gürcüstan) – Post sovet məkanında memarlıq;

16:00 – 17:00 İlahə Xalıqöva və Leyla Quliyeva ilə Kollaj üzrə ustad dərsi;

17:00 – 18:00 Müzakirə Musa Bəyzadə – Tarixi mühit şəraitində müasir memarlıq


Gün ərzində: Etibar İsmayılov ilə Küləklə sovrulanlar ustad dərsi, Xatem Əlizadənin Sən mükəmməlsən performansı, Rəşad Ələkbərov və Orxan Hüseynov ilə emalatxanlarında tanışlıq, Şeila Zaqonun kuratorluğu ilə Qadın problemləri: sərhədsiz müharibələr adlı sərgini seyr edə bilərsiniz. 


YARAT Emalatxanaları – yerli və xarici rəssamlar üçün yaradıcılıq sahəsində əməkdaşlığın yaradılması məqsədilə təşkil olunan bir məkandır. YARAT Emalatxanalarının əsas vəzifəsi - rəssamları peşəkar və şəxsi nöqteyi-nəzərindən inkişaf etməsinə sövq edən yeni imkanların və iş mühitinin bəxş edilməsidir. YARAT Emalatxanalarında rəssamlar müasir incəsənət məhdudiyyətlərini aşmaq, rəssamlıqla əlaqəli eksperimentləri aparmaq və incəsənət dünyasında öz sözünü demək imkanlarından bəhrələnirlər. YARAT Art rezidensiya proqramının iştirakçıları da bu məkandan 3 ay ərzində istifadə edirlər və ARTIM Layihə Məkanında öz yekun sərgisini nümayiş edirlər.


Tarix: 30 sentyabr, 2017

Vaxt: 12:00 – 18:00

Əlavə məlumat: 0125051414

Ünvan: YARAT Emalatxanaları, Bakı, Akademik Həsən Əliyev küçəsi, 1061

Giriş sərbəstdir

Yüklənir