Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: DAĞILARAQ ZİRVƏLƏRƏ DOĞRU QALXIRIQQRUP SƏRGİSİ

15 Dek - 18 Fev 18

YARAT Müasir İncəsənət Məkanı Dağılaraq zirvələrə doğru qalxırıq adlı qrup sərgisini təqdim edir.


Sərgi müxtəlif mədəniyyətlərin tarixlərinə və monumentallığa, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətinə olan münasibətləri araşdırır. Sərgi Reza Arameşin (Reza Aramesh), Vaciko Çaçxianinin (Vajiko Chachkhiani), Yan Fabrın (Jan Fabre), Qoşka Matsuqanın (Goshka Macuga) və Stefen Q. Rodsın (Stephen G. Rhodes) yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq, irəli getmək üçün ikili ambisiyadan yararlanır.

Vaciko Çaçxianinin Lakin ah, mənim düşmənlərim və oh, mənim dostlarım (I), (2016) – hər iki tərəfdən yanan şam əsəri sənətkarın Orada olmayan qış (2017) adlı filmi ilə söhbətdə sərgini açır. Öz iti ilə birlikdə Gürcüstanın əsrarəngiz mənzərəsindən ötüb keçən ortayaşlı qafqazlı bir kişi yük maşınının arxasınca əcaib bir sosialist abidəsi sürükləyir. Zahirən çox adi görünən bu yol gəzintisi o dövrdə yaşamış nəslin tarix itkisini ifadə edir.

Qarşısıalınmaz itki hekayəsi Stefen Q. Rodsın Vilkommen fərziyyəsi (2017)  əsərinin faciəvi quruluşu ilə bir az da gücləndirilir. Bu əsər xüsusilə də Nyu-Orleanın son və tarixi təcrübəsini əks etdirərək, bizim nəslin üzləşdiyi ekoloji və iqtisadi iflasın qəbul edilməməsinin fəlakətli nəticələrinə toxunur.

Növbəti məkanda Qoşka Matsuqanın Başlanğıcdan əvvəl və yekundan sonra (2016) silsiləsindən olan iki əsər robotlar tərəfindən çəkilmiş rəsmlərin (Patrik Tresset hazırlamışdır) siyahısını təqdim edir. Sivilizasiyanın keçdiyi tərəqqi yolu ardından bəşəriyyətin yaradıcı və dağıdıcı proseslərinə bir nəzər salırlar. Rəssamın Bəşəriyyətin oyanması və onun dağıdıcı təbiəti adlı əsəri ibtidai dövrün ox ucluqlarından tutmuş müasir heykəllərə qədər həm yerli, həm də ümumdünya tarixi və bədii artefaktlarını ehtiva edir.

İnstalyasiya, robot texnologiyası vasitəsi ilə bilik və mədəni istehsalda növbəti addım kimi texnoloji tərəqqini təqdim edir. Robotlar tərəfindən çəkilmiş təsvirlərə qarşı isə Yan Fabrın əllə çəkilmiş Yerdən ulduzlara gedən yol çəkilməyib (1987) monumental parusini təqdim olunur. Əsər gecə heyvanlarının yuxuya getdiyi və gündüz heyvanlarının oyandığı mistik saatı tərənnüm edir. Təbiətin bərpaedici gücünü vurğulayan bu əsər həm təbii, həm də yaradıcı bir proses kimi davamlı yenidən canlanma dövrünə səbəb olur.  

Yeni və fərqli texnoloji vasitələr, valehedici təbiət və idarəolunmaz sosial-siyasi coşqunluqla əhatələnən bəşəriyyət bir daha təhlükəli vəziyyətlə üzləşir. Reza Arameşin iri miqyaslı heykəlləri - Payızın bir hissəsi – renessans bağının öyrənilməsi - (2014-2016) qədim abidələrin yıxılmasını xatırladaraq, fəthdən daha çox zərər çəkmiş yeni bir qəhrəmanın yüksəlişindən xəbər verir.


Beş bədii mövqeni gələcək üçün fərqli təkliflər kimi qarşılaşdıraraq, bu sərgi hər iki tərəfdən yanan şam kimi öz məhdudiyyətləri ilə qarşı-qarşıya qalan bəşəriyyət haqqında bir şeir kimi çıxış edir.


Sərginin kuratorları Suad Garayeva-Maleki və Björn Geldhofdur.


Rəssamlar haqqında

Reza Arameş (d.1970, Əhvaz, İran) Londonda yaşayıb-yaradır. O, 1997-ci ildə London Universitetinin Goldsmiths Kollecində İncəsənət üzrə magistr dərəcəsini almışdır. Onun əsərləri beynəlxalq səviyyədə tanınır və dünyanın müxtəlif yerlərində nümayiş etdirilmişdir, o cümlədən: Frieze Sculpture Park, London (2017), Leila Heller qalereyası, Dubay (2016), Centrefold layihəsi, Sazmanab, Tehran (2015), Leila Heller qalereyası, Nyu-York (2015), Isabelle Van Den Eynde qalereyası, Dubay (2011), Late at Tate Britaniya, London (2009), Shcontemporary, Şanxay, Çin (2008), Barbican Art Gallery, London (2007), Matthew Bown qalereyası, London (2007), Art Bazel Parcours 2017, Frieze Heykəl Parkı (2017, 2015), MAXXI Muzeyi Roma (2016), Venesiya Biennalesi (2015).

Vaciko Çaçxiani (d.1985, Tbilisi, Gürcüstan) Berlində yaşayıb-yaradır. Əvvəlcə Gürcüstanda Tbilisidə Texniki Universitetdə Riyaziyyat və İnformatika üzrə, sonra isə Almaniyada Berlində Rəssamlıq Universitetində (UdK) professor Qreqor Şnayderin sinfində və Niderlandda Amsterdamda Gerrit Rietveld Akademiyasında incəsənət təhsili almışdır. Fərdi sərgilərinə GRA Glass Pavilion, Amsterdam (2009), Gallery Gala, Tbilisi (2011), BINZ39, Sürix (2012), Dövlət Ədəbiyyat Muzeyi, Tbilisi (2013) və Museum für Gegenwartskunst, Siegen, Almaniya (2014). O, Siegen Müasir İncəsənət Muzeyinin nüfuzlu 7-ci Rubens Təqdimat Mükafatına (2014) layiq görülmüş və Nyu-Yorkda Art Rezidentura - Beynəlxalq studiya və kuratorluq proqramına (ISCP) iştirak etmişdir (2016).

Yan Fabr (1958, Antverpen, Belçika) Antverpen şəhərində yaşayıb-yaradır. Rəssam Antverpendə Dekorativ Sənətlər Bələdiyyə İnstitutunda və Kral İncəsənət Akademiyasında təhsil almışdır. Onun sonuncu fərdi sərgilərinə Galerie Daniel Templon, Paris (2013), MAXXI Muzeyi, Roma (2013), PinchukArtCentre, Kiyev (2014), Maison de la Culture, Saint-Loup Kilsəsi, Namur (2015), Wetterling qalereyası, Stokholm (2015), MUHKA, Antverpen (2015), Espace Louis Vuitton, Tokio (2015), DEWEER qalereyası, Oteqem (2015), L'Abbazzia di San Gregorio, Venesiya (2017) və b.

Qoşka Matsuqa (d.1967, Varşava, Polşa) Londonda yaşayan rəssamdır. O, Londonda Mərkəzi Saint Martins İncəsənət Məktəbində və Goldsmiths Kollecində təhsil almışdır. Rəssamın yaradıcılığı heykəl, instalyasiya, memarlıq və dizayn da daxil olmaqla, müxtəlif incəsənət sahələri əhatə etmişdir. İndi bu, bu son başlanğıcın sonu və ya sonun başlanğıcıdır? Schinkel Pavillon, Berlin (2016); Qoşka Matsuqa: Zaman parça kimi, New Museum, Nyu-York (2016) və Əl yazısını yeyən insan oğluna, Fondazione Prada, Milan (2016) sonuncu fərdi sərgiləri arasındadır.

Stefen Q. Rods (d.1977, Hyuston, ABŞ) Los-Ancelesdə yaşayıb-yaradır. O, Pasadena şəhərində yerləşən Dizayn İncəsənət Mərkəzi Kollecindən incəsənət üzrə magistr dərəcəsi ilə məzun olmuşdur (2005). Rəssamın Yaxşı qonşu (2017), Svitheven fərziyyəsi və ya mülkiyyətsizlik və yoldaşlar (2016), Hazırlıqsız Prometey və yoldaşları (2015), 11-ci məşğuliyyət (2014), Naməlum qonşunun qanunu (2013) adlı fərdi sərgiləri baş tutub. O, Micky Schubert qalereyası (2017), Galerie Eva Presenhuber (2016), Eden Eden (2015), KW Müasir İncəsənət İnstitutu (2015), Chateau Shatto (2014), Palais de Tokyo (2013) keçirilən qrup sərgilərində də iştirak edib.


Redaktorlar üçün qeydlər:

Sərgi: Dağılaraq zirvələrə doğru qalxırıq

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayıl, AZ1003

Tarix: 15 dekabr 2017 – 18 fevral 2018

Sərginin iş rejimi: Çərşənbə axşamı - Bazar, 12:00 - 20:00.

Giriş sərbəstdir.


YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın paytaxtı Bakıda yerləşir. Bu qeyri-kommersiya təşkilatı Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur. YARAT (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyə qədər, əksəriyyəti Bakıda təşkil olunaraq, 200-dən artıq layihə həyata keçirilib.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası və YARAT Emalatxanaları YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir.

YARAT-ın daimi sərgiləmə məkanı YARAT Müasir İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında fəaliyyətə başladı. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir.

ARTIM Layihə Məkanının əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət təhsil ocaqlarının tələbə və məzunlarının yeni eksperimental layihələrinə dəstək verməsini öz öhdəsinə götürür.

YAY Qalereyası Bakının tarixi məkanı, YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş obyektlərin arasında olan İçəri Şəhərin mərkəzində yerləşir. Qalereya YARAT qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə 2012-ci ildə təsis edilmişdir. Qalereya sosial müəssisədir; YAY (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirləri rəssamlar və YARAT təşkilatı arasında bölüşdürür.

YARAT Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış, təcrübəyə malik və bizim regionu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulmuşdur. Proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramının sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunurlar.

Təhsil proqramı YARAT-ın yarandığı ildən fəaliyyətinin əsas məqsədlərindən biri olmuşdur. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident proqramlarından, praktiki məşğələlərdən, mühazirələrdən, ustad dərsləri, teatr tamaşaları və film nümayişlərindən ibarətdir. YARAT ictimai proqramları keçirməklə geniş auditoriya ilə təmasda olmağa çalışır. İctimai proqramlar icmaların qurulması və müasir incəsənət haqqında geniş anlayışın və iştirakın qurulmasında dəstək göstərir.


Məlumat və şəkil əldə etmək istəyən KİV-lər üçün əlaqə: 
Hökümə Kərimova
Telefon: +99 450 274 6747
Email: hokuma.k@yarat.az

Yüklənir