Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM: VÜSAL RƏHİM NURCAN FƏRDİ SƏRGİSİ

25 Yan - 11 Fev 18

YARAT Müasir İncəsənət Məkanı sizi Vüsal Rəhimin “Nurcan” adlı fərdi sərgisinə dəvət edir.


Tədbirdə rəssam sərgidə nümayiş olunan performansın iştirakçıları və məcburi erkən nikaha qarşı mübarizə aparan fəallarla birlikdə "Nurcan" layihəsi haqqında söhbət açacaq.
Layihənin icrası, erkən nikahlar mövzusuna qarşı həssaslığın artırılması istiqamətində sosial işləri dəstəkləməklə yanaşı, bəzi rayonlarda bu problemin aktuallığını və virtual müzakirə platformasının təşkilinin vacibliyini izah edir. Erkən nikahların başlıca səbəbləri müxtəlifdir və bunlara əsasən yoxsulluq, ərə getməmək ("evdə qalmaq") qorxusu, sosial təzyiqlər və adət-ənənələr, müdafiəsizlik və maliyyə sıxıntıları daxildir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin həyata keçirdiyi bir sıra uğurlu layihələr sayəsində problemlərin böyük qismi öz həllini tapsa da, bəzi narahatçılıqlar hələ də mövcuddur.


Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının teatr və dekorativ sənət fakültəsini bitirib. Onun əsərləri insan bədəni, gender və sosial strukturlar kimi mövzuları araşdırır və rəssamlıq, video, foto və heykəltəraşlıq kimi bir sıra vizual növlərini əhatə edir. Azərbaycandan savayı, onun əsərləri Rusiya, ABŞ, Gürcüstan və Fransada nümayiş etdirilib.


ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.


Sərginin müddəti: 25 yanvar – 11 fevral 2018
Sərginin iş rejimi: Çərşənbə axşamı – Bazar, 14.00 – 20.00 


Sərginin açılışı: 25 yanvar 2018-ci il

Saat: 19:00

Dress-kod: Qara geyim


Rəssam ilə görüş: 2 fevral 2018-ci il

Saat: 19:00


Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

Yüklənir