Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: AİDA MAHMUDOVA, TƏSƏVVÜR EDİLMƏYƏN PERSPEKTİVLƏR FƏRDİ SƏRGİSİ

01 Apr - 10 İyn 18

YARAT Müasir İncəsənət Məkanı Bakı şəhərində yerləşən, müasir incəsənət üzrə ixtisaslaşmış, qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır. Bu dəfə YARAT sizə öz təsisçisi, Azərbaycan rəssamı Aida Mahmudovanın yeni əsərlərindən ibarət fərdi sərgini təqdim edir.


Aida Mahmudova, sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Öz yeni yaradıcılığında, rəssam eksperiment üçün alət qismində müxtəlif materialları araşdırır. Kağız, gil, sement, daş və ilk dəfə olaraq, məhz bu sərgi üçün mərmər kimi müxtəlif materialları qarışdırmaq, dağıtmaq, yenidən yaratmaq, müxtəlif laylar qurmaq və onları bir-birindən ayırmaq prosesi, rəssam üçün materialın inkişafı, habelə emosional müalicə baxımından müəyyən mənada məşğələ rolunu oynayır.


Dağılan sütunları xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı ümumi instalyasiya, yarımdağılı və yarımtikili, digər sözlə, “keçid mərhələsində” olan məkan hissini oyadır və yaradıcılığın əhəmiyyətli mərhələsi kimi entropiyanın (sonu bəlli olmayan dəyişiklik prosesin) vacibliyini vurğulayır.  Bu proses, rəssam üçün əsas amillər deməkdir və rəssamın orijinal fakturalı əsərləri, onun şəxsi zaman-məkan kontinuumunda xüsusi məqamları açıqlayan hər bir lay, yaddaş əlamətləri qismində çıxış edir. Öz erkən peyzaj və yarımabstrakt əsərlərində Aida Mahmudova işıq, rəng və materiya ilə eksperimentlər aparmaqla, özünü ifadə edən materiallara qarşı müəyyən maraq oyatmağa müvəffəq olub. Rəssamın əsərlərində get-gedə daha çox qatlara rast gəlinir ki, bu da onun öz təcrübəsini üçölçülü sənət səviyyəsinə qədər genişləndirməsindən xəbər verir. Rəssam eyni yanaşmanı heykəltəraşlıq əsərlərinə də tətbiq etməklə, həm emosional, həm də dolğun mühitlər yaradır. Rəssamın dərin və intuitiv araşdırmaları, seçdiyi materiallar və üstünlük verdiyi təbii palitranın fiziki xüsusiyyətləri ilə harmoniya təşkil etməklə, sevgi, itki, yaddaş və arzu kimi universal insan hisslərinin geniş spektri ətrafında cərəyan edir. Aida Mahmudovanın öz dili ilə desək, “bu proses, mənim üçün insan tərəfindən yaradılmış və mahiyyət etibarilə çox zərif olan fundamental prinsiplərimizdən ayrılmanı ifadə edir”.


Sərginin kuratoru Suad Qarayeva-Malekidir.


Rəssam haqqında

Aida Mahmudova (d.1982, Bakı, Azərbaycan) Bakıda yaşayır və fəaliyyət göstərir. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Seçilmiş fərdi sərgiləri:  “İşığı tuta bilmirəm” (“Can't Capture The Light”, Deweer Gallery, Otegem, Belçika, 2017), “Ötüb keçərkən” (“Passing By...”, Leila Heller Gallery, Nyu-York, ABŞ, 2015), “Daxili sakitlik” (“Internal Peace”, Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013). Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində “Love Me, Love Me Not” qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində “Artwise”-nin kuratorluğu ilə “VITA VITALE” sərgisinin bir hissəsi kimi nümayiş etdirilib.   


Redaktorlar üçün qeyd:

Sərgi: Aida Mahmudova, TƏSƏVVÜR EDİLMƏYƏN PERSPEKTİVLƏR

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Dövlət Bayrağı Meydanı, Bayıl, AZ1003

Tarixlər: 1 aprel –10 iyun 2018

Xüsusi baxış: 27 mart 2018 

Sərginin iş rejimi: çərşənbə axşamı - bazar,  12:00 – 20:00.

Giriş sərbəstdir

Website: www.yarat.az

Twitter: @yaratartspace  Facebook: facebook.com/Yarat.Art  

Instagram: @yaratcontemporaryartspace


Media və təsvir sorğuları üçün: 
Hökümə Kərimova
Telefon: +99 450 274 6747
Email: hokuma.k@yarat.az

 

Yüklənir