Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR: ZƏHRA BƏDƏLBƏYLİ

06 May 16

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Məkanı həftədə bir dəfə keçirdiyi müzakirələr silsiləsində söhbət Mərkəzin daimi kolleksiyası və hazırda nümayiş etdirilən sərgiləri ətrafında aparılacaq. Bu fikir mübadiləsi meydançasında rəssam, yazıçı, musiqiçi, tədqiqatçı, sahibkar və s. peşəkarlar çıxış edəcəklər. 

Məşhurlara müraciət edəcəyik ki, onlar müasir incəsənət və konkret olaraq kolleksiyamızın ayrı-ayrı əsərləri haqqında nə fikirdə olduqlarını bölüşsünlər və tədbirə toplaşmış auditoriyanı açıq söhbətə cəlb etsinlər.

Sizi, bu cümə, Mayın 6-sı, “Gamma Agency” şirkətinin qurucusu, şairə, musiqiçi Zəhra Bədəlbəyli ilə görüşə dəvət etməkdən qürur duyuruq.


Zəhra 28 aprel tarixində Bakı şəhərində anadan olub. Bülbül adına məktəbdə fortepiano üzrə təhsil almış və “Səyyah” folklor-caz ansamblında ifaçı olmuşdur. 2000-ci ildə Musiqi Akademiyasına qəbul olmuş və 2006-cı ildə isə magistratura pilləsini bitirmişdir. O piyanoçu kimi konsertlər verib, əlavə olaraq müəllim və konsertmeyster kimi də fəaliyyət göstərmişdir. Bir müddət tələbə gənclər təşkilatının sədri olub. Zəhra, 2008-ci ildə “Eurovision” musiqi yarışması ilə məşğul olmağa başlamış və Azərbaycanın müsabiqədəki ilk mahnısının sözlərinin müəllifi olmuşdur. Eyni ildə Gənclər və İdman Nazirliyində işə başlamışdır. 2011-də özünün ilk şeir albomunu çap etdirdi. Həmin ildə “ОК! Azerbaijan” jurnalının baş redaktoru vəzifəsində fəaliyyətə başlamışdır

2014-cü ildə Avropa Oyunlarının mədəni tədbirləri üzrə müşaviri olmuş, 2015-ci ildə isə o özünün “Gamma Agency” şirkətini təsis etmişdir.


Tarix: 6 may, 2016

Saat: 19:00

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Contact: +99412 505 1414


FACEBOOK

Yüklənir