Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

HƏFTƏİÇİ DANIŞIQLAR: LEYLA İBRAHİMOVA

17 İyl 17

YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq. 

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edirik.

YARAT Müzakirələri proqramının tədbirlərini daha müntəzəm olaraq həmsöhbətlərimiz biri-birindən maraqlı şəxslər olacaqdır.


Sizi iyulun 17-i memar Lelya İbrahimova ilə görüşə dəvət edirik.


Leyla İbrahimovanın memar olmaq qərarı erkən yaşlarında oldu və sonra müxtəlif sənət fəndlərini davam etdirməyə başladı:ssamlıq, heykəltəraşlıq, layihələndirmə, incəsənət tarixi. Leyla ali təhsilinə 2000-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetində başlamışdır. 2001-ci ildə isə o,  MARXİ-yə (Moskva Memarlıq Universiteti (Dövlət Akademiyası)) qaüd proqramı ilə daxil olur. 2007-ci ildə MARXİ-ni bitirdikdən sonra, Leyla ilk əvvəl memar, daha sonra ortaq olaraq İtaliya-Almaniya bürosu “İnternationale Architecture  Werkstatt  RUS”da  fəaliyyətini davam etdirdi. Həmin dövrdə Leyla Rusiya, Almaniya, İsveçrə, İtaliya, Fransa və Avstriyada keçirilən layihələrə qatılaraq böyük təcrübə yolu keçdi. Bu təcrübə ona müxtəlif mədəniyyətlərin xüsusiyyətlərini öyrədərək, yerli və beynəlxalq müştərilər ilə uzunmüddətli əlaqələr yaratmağa kömək etdi.

2011-ci ildə Azərbaycanda, Bakı şəhərində Leyla İbrahimova CHALK Studio memarlıq və dizayn bürosunu yaratdı. CHALK-ın əsas iş prinsipi öz müştəriləri ilə etibarlılıq münasibətləri qurmaq və ideal, rahat yaşayış sahələrini yaratmaqdır

2016-ci ildə CHALK uğurlu bir memarlıq şirkəti, tikinti menecmenti  üzrə mühüm peşəkarlığa malik olan “Habitat İnteriors” ilə birləşdi. Nəticədə Şahin Murquzov İdarəedici partnyor, CHALK Studio isə yeni, daha geniş statusa malik quruma çevrildi. Hal-hazırda fərəh hissi ilə demək olar ki, CHALK Studio-nun portfoliosu yeni maraqlı layihələrlə zənginləşir.


Tarix: 17 iyul, 2017

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir

Yüklənir