İyul 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU: ASİF RÜSTƏMOVUN FİLMLƏRİNİN NÜMAYİŞİ

04 Fev 16

YARAT Müasir İncəsənət Məkanı 4 fevral 2016-cı il tarixində Asif Rüstəmovun ssenarisi və rejissorluq etdiyi "Ev" və "Arxası qibləyə" filminlərin nümayişinə dəvət edir.

Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil edilir və sual-cavab sessiyası ilə davam edəcək.


Ev / 2007 / Azərbaycan / 33 dəq. / Drama / Rəngli


Filmin işsiz qəhrəmanı Novruz bayramı ərəfəsində dostundan satmaq üçün 1000 ədəd səməni becərmək sifarişi alır. Qəhrəman sifarişi öz evində yerinə yetirir və xanım qəhrəmanla sevgi münasibətləri inkişaf etdikcə buğdalar da cücərməyə başlayır. Köhnə ata evi birdən-birə səmənilərlə dolu məkana çevrilir. Oğlanla qızın münasibətləri də bu səmənilərin fonunda inkişaf edir.

Film yeni və köhnə dəyərlərin, idealist və praqmatik təfəkkürün ziddiyyətlərindən bəhs edir. Göydələnlərin mühasirəsinə düşmüş yeganə köhnə evin sahibi - filmin qəhrəmanı dilemma qarşısında qalıb. O, ya öz evini satmalıdır, ya da ata evini qoruyaraq ehtiyac içində yaşamalıdır...

“Ev” filmi bir necə kino festivallarında iştirak edib və mükafatlara layiq görülüb: Aziatika Film Mediale Festivalı (Roma, İtaliya, 2007) – “Tamaşaçı simpatiyası” mükafatı; Beynəlxalq Audiovizual Festivalı (Bakı, Azərbaycan, 2007) – “Ən yaxşı prodüser” mükafatı; Festival del Cine Pobre  (Havana, Kuba, 2008) – “Ən yaxşı qısametrajlı film” mükafatı və s.


Arxası qibləyə / 2009 / Azərbaycan / 12 dəq. / Drama / Rəngli


Filmin qəhrəmanı gənc Əlidir. Onu döyürlər, qorxaq deyirlər… Hətta yaxın qohum-əqrəbası da onu “balaca qorxaq” adlandırır. Bu ləqəbdən qurtarmaq üçün o cəsurluğunu sübut etməlidir...
“Arxası qibləyə”  filmi Visionaria (İtaliya), La boca del lobo (İspaniya), Gulf Film Festival (BƏƏ) kino festivallarında nümayiş olunub.


12 +


Tarix: 4 fevral, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir