Fevral 2021

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUB MURAD MURADOV KEÇMİŞDƏN GƏLƏN ZƏNG

15 Dek 15

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 15 dekabr 2015-ci il tarixində rejissor Murad muradovun “Keçmişdən gələn zəng” adlı qısametrajlı filmini təqdim edirik. 


Keçmişdən gələn zəng / 2015 / Azərbaycan / 27 dəq. / Drama / Rəngli


Qarşılıqsız sevgi hekayəti: Samir ilə görüşmək üçün Sonya Moskvadan gəlir, sevdiyi bu insanla onun arasında bir vaxtlar olmuş münasibətləri yenidən canlandırmaq istəyir, amma Samir, əvvəlki kimi, sevgini bir əyləncə sanır və taleyin ona bəxş etdiyi bu fürsəti dəyərləndirməyə əsla qadir deyil...


Murad Muradov, gənc  Azərbaycan kinorejissoru. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsini bitirmişdir, həmçinin Beynəlxalq Kino Məktəbində təhsil almışdır. Çəkdiyi filmlər bir çox festivalların qalibi olmuşdur. Bundan əlavə o, "İlk döyüş" (13 dəq.), "Su"(1 dəq.), "Köhnə və Yeni Bakı" (10 dəq.), "Səsin Mirzəsi" (35 dəq.) və s. filmlərin rejissorudur. Bir çox kino festivalların iştirakçısıdır, o cümlədən: Moskva “Debüt” Kino Festivalı və Beynəlxalq “Şərq-Qərb” Kino Festivalı.


Film azərbaycan dilində nümayiş etdiriləcək.


18 +


Tarix: 15 dekabr, 2015

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir