Aprel 2021

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

​YARAT FİLM KLUB: CAVİD ƏHƏDOV KÖHNƏ SAAT

03 Noy 15

YARAT Müasir İncəsənət Məkanı Film Klubu 3 noyabr 2015-ci il tarixində "Köhnə saat" adlı animasiya filminin nümayişini təqdim edir. 

Köhnə saat / 2014 / Azərbaycan / 8.00 dəq / Animasiya / Rəngli

Cizgi filmi köhnə çəkiclə mismarın dostluğundan bəhs edir. Qəhrəmanlar “qocalıblar”, amma ruhən yaxınlıq əsasında əmələ gələn dostluq münasibətləri onları “cavanlaşdırır”. Köhnə saatın təmiri zamanı çəkiclə mismar əbədi və sarsılmaz dostluq həddinə çatırlar.


Cavid Əhədov (d. 1969, Bakı) – rəssam, cizgi filmi rejissoru və ssenarist. Azərbaycan Rəssamlar İttifaqının və MDB ölkələrinin Kinematoqrafçıları İttifaqları Konfederasiyasının üzvüdür. 1988-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, sonra isə təhsilini Moskva Dövlət Televiziya və Radio Məktəbində ssenarist, kino rejissor və aktyor sənəti üzrə Fyodor Xitrukun studiyasında davam etdirmişdi. Cavid Əhədov 1995-ci ildən “BİRLİK” animasiya studiyasında çalışır. Rejissorun cizgi filmləri bir çox beynəlxalq festivallarda iştirak ediblər, o cümlədən TOFUZI Beynəlxalq Animasiya Filmləri Festivalı (Gürcüstan, Tbilisi, 2010); SVETLIY ANGEL Uşaq və Gənclər Festivalı (Rusiya, Moskva, 2012); SCHLINGEL Beynəlxalq Film Festivalı (Almaniya, Xemnits, 2013); ANIFILM Beynəlxalq Animasiya Filmləri Festivalı (Çexiya, Trebon, 2014); KROK Beynəlxalq Animasiya Filmləri Festivalı (Rusiya, Moskva, 2015). Rejissor 2013-cü ildə Ştutqartda (Almaniya) ssenaristlərin forumunda iştirak edib, bu il isə ERARTA Müasir İncəsənət Muzeyində (Sankt-Peterburq, Rusiya) yaradıcılığa həsr olunmuş seminarda çıxış etmişdir. 

Cavid Əhədovun yaradıcılığına bir çox cizgi filmlər daxildir, o cümlədən: “Mərhəmətin dadı” (2007, rejissor və quruluşçu rəssam), “Xeyirxah kirpi” (2009, quruluşçu rəssam), “Fitnəçi milçək” (2011, quruluşçu rəssam), “Səmada şəkil” (2012, ssenari müəllifi və rejissor) və b.


Film Azərbaycan dilində nümayiş olunacaqdır


Tarix: 3 noyabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


 

Yüklənir