Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT FİLM KLUBU: İLQAR SAFAT İLƏ USTAD DƏRS

06 Fev 18

İstəkli kinosevərlər və kino pərəstişkarları, həmçinin özünə kino karyerası arzulayan hər kəs! Xüsusilə Sizin üçün məşhur rejissorlar, ssenaristlər, aktyorlar və prodüserlər tərəfindən keçiriləcək ustad dərslərinə başlayırıq.

YARAT Müasir İncəsənət Məkanı sizin üçün həm Azərbaycan, həm də xarici mütəxəssislərlə görüşlər planlaşdırır və ilk tədbir fevralın 6-da, saat 19:00-da keçiriləcəkdir.


Ustad dərs “Zamanın ruhundan yaranan kinematoqraf” mövzusu ilə başlanacaq. Rejissor İlqar Safatın ustad dərsi kino tarixinə bir ekskursiyadır. Kinematoqrafiya son əsrdə necə inkişaf etdi? Rejissorları keçmişdə hansı mövzular narahat edirdi və onlar bu gün hansı aktual məsələlərə toxunurlar?


İlqar Safat – rejissor, ssenarist, yazıçı, şair və bard. 2002-ci ildə Moskvada Ssenaristlər və Rejissorlar Ali Kursunu bitirib (V.İ.Xotinenkonun emalatxanası). Həmin ildə Avropanın müxtəlif şəhərlərində Azərbaycanı Qafqaz layihəsi çərçivəsində təmsil edən "Dağın nəvəsi" filmini çəkib. Ali kursları bitirdikdən sonra 1,5 il Xabarovskda Uzaq Şərq Kinoxronika Studiyasında rejissor vəzifəsində çalışıb. 2003-cü ildə "Səma kökləri" filminə görə Xabarovsk Diyarı Qubernatorunun diplom və mükafatına layiq görülüb. Ekran əsəri dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilib, bir çox Rusiya və beynəlxalq kinofestivalların (Nyu-York, Leypsiq, Barselona, Praqa) iştirakçısı olub. Almaniyada film ən yaxşı etnoqrafik filmlər kataloquna və Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin kitabxanasına daxil edilib.

Məşhur “Sahə” filminin ssenari müəllifi və rejissorudur. Ekran əsəri bir sıra beynəlxalq kino festivallarında nümayiş olunmuşdur və 2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının "Xarici dildə ən yaxşı film" nominasiyasına göndərilmişdir. Film bir çox mükafatlara layiq görülüb, o cümlədən: Hollywood Young Artist Awards, California Golden Awards.

Rejissorun 2016-cı ildə çəkdiyi “İçəri şəhər” bədii filmi ABŞ-da keçirilən 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında “Dram” nominasiyasında “Qızıl Remi” mükafatına layiq görülüb.


Yaş: 17+


Tarix: 6 fevral, 2018

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Ustad dərsində iştirak etmək istəyənlər müraciətlərini 5 fevral 2018-ci il tarixinə qədər ulvia.a@yarat.az ünvanına göndərməlidirlər.

Yüklənir