Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FREESTYLE: SELECTOR PRO

31 Yan - 02 Fev 18

YARAT Müasir İncəsənət Məkanı “Selector PRO” layihəsi çərçivəsində təşkil olunan tədbirə dəvət edir.


“British Council” ASAN Radio və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə 31 yanvar–2 fevral 2018-ci il tarixlərində “Selector PRO” layihəsi çərçivəsində “tədbirlərin təşkili” mövzusunda  təlim kursu təşkil edəcək.


YARAT Mərkəzində keçiriləcək təlimdə Birləşmiş Krallıqdan və Azərbaycandan olan aparıcı musiqi xadimləri – nəzəriyyəçi və praktiklər bir araya gələcək. Üç gün davam edən təlimlər silsiləsində tədbirlərin təşkili, o cümlədən, tədbirlərin planlaşdırılması və konsepsiyasının hazırlanması, auditoriyanın seçilməsi, marketinq, reklam və təşviqat, canlı ifaların təşkili, layihələrin idarə edilməsi, sağlamlıq və əmək təhlükəsizliyi, qanunvericilik və texnologiya kimi məsələlərin bütün aspektlərinə peşəkar nöqteyi-nəzərdən yanaşılacaq. İntensiv təlim kursunu britaniyalı tədbir təşkilatçısı və təlimatçı Dan Tsu (Londonun BIMM musiqi məktəbi/Lyrix Organix hərəkatı) aparacaq.


Dan Tsu – tədbir təşkilatçısı, pedaqoq, “Lyrix Organix” şirkətinin təsisçisi və direktorudur. Gəncləri dəstəkləmək və xeyriyyə məqsədilə təşkil etdiyi – canlı musiqi, poeziyanın və hip-hop musiqi janrının qarşılıqlı əlaqəsini araşdıran tədbirlər ona şöhrət qazandırmışdır. Dan Tsu həmçinin gənclərin maarifləndirilməsi proqramı üzrə kordinator və spikerdir. O, gənc istedadlara dəstək göstərmiş və Ed Şiran, Akala və Keyt Tempest kimi istedadlarla sıx şəkildə əməkdaşlıq etmişdir. Bunun yanaşı o, Londonun aparıcı musiqi təhsili ocağı BIMM-də “Musiqi biznesi” bakalavr kursunun “Tədbirlərin təşkili” bölməsinin rəhbəri qismində fəaliyyət göstərir. Dan Tsu “Roundhouse” konsert zalı, London Meriyası, “Gənclərin Beynəlxalq İncəsənət Festivalı” və “Cardboard Citizens” teatrı üçün gənclərin maarifləndirilməsi istiqamətində müntəzəm olaraq əhəmiyyətli proqramlar işləyib hazırlayır.


Dan Tsunun portfoliyası: Qlastonberi festivalı (The Rum Shack), Birləşmiş Krallıq “Beatbox” Çempionatı, Brayton festivalı, “Woodland” Fondu və “British Council” (Sudan, Efiopiya, Rusiya). O, həmçinin London Meriyası (GLA), 2012-ci ildə Londonda keçirilən “Showtime Festival”, “Roundhouse” konsert zalı və “Kings Place” mərkəzi üçün böyük tədbirlər və ekskursiyalar təşkil etmişdir.


Seminar ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə aparılacaqdır.

QEYD: Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.


Qeydiyyat üçün əlaqə: https://www.britishcouncil.az/events/event-management-training


Tarix: 31 yanvar, 1-2 fevral, 2018-ci il

Saat: 10.00 – 12.00: I mərhələ

12.00 – 13:00: nahar fasiləsi

13.00 – 15.00: II mərhələ

15.00 – 15.30: fasilə

15.30 – 17.00: III mərhələ


Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (2-ci mərtəbə, Çoxtəyinatlı zal)

Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın.

Yüklənir