Aprel 2024

TASTY CATCH UP: ÇİNGİZ BABAYEV VƏ TEYMUR DAİMİ – TAMAŞAÇI MÜƏLLİF KİMİ

09 Fev 18

YARAT Friends platforması sizi “Tasty Catch up” layihəsinin 3-cü xüsusi qonaqları olan sənətçilər Çingiz Babayev və Teymur Daimidir. Görüşümüz “Tamaşaçı müəllif kimi” mövzusu altında aparılacaqdır.


Teymur Daimi - multimedia sənətçisi, kinorejissor, mədəniyyət nəzəriyyəçisi, fəlsəfə doktoru, incəsənət üzrə məsləhətçi, pedaqoq, publisist və şair. Onun maraqları müxtəlif vizual incəsənət, kinorejissorluq, eksperimental kino, qavrama nəzəriyyəsi, sənət tənqidləri, pedaqogika, neyropsixologiya, psixotexnologiyalar, antropoloji praktika və s. daxildir.


Çingiz Babayev - Azərbaycan rəssamı, heykəltəraş, layihəçi, şair və filosof. Onun əsərləri bir sıra şəxsi və muzey kolleksiyalarında, o cümlədən: Bakı Müasir İncəsənət Muzeyi, Azərbaycan; Vahid Kooros (ABŞ, İsveçrə), Rusiya, Ukrayna, Vyetnam, ABŞ, Böyük Britaniya, Avstriya, İtaliya, Estoniya, Fransa, Polşa, Finlandiya, Norveç, İsveçrə, Dominikan Respublikası, Qırğızıstan və İranda saxlanılır. 


Tarix: 9 fevral, 2018
Saat: 12:00
Məkan: Central Baku Bistro
Ünvan: Nizami küçəsi, 75
Giriş yalnız YARAT Friends üzvləri üçündür

Yüklənir