Orkhan Huseynov

b. 1978, Baku, Azerbaijan

Lives and works in Baku, Azerbaijan

Orxan Hüseynov 1995-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin keramika üzrə dizayn fakültəsini bitirmişdir. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keramika üzrə dizayn fakültəsinin məzunu olaraq bakalavr dərəcəsini almışdır. O.Hüseynov 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının incəsənət tarixi və nəzəriyyəsi fakültəsində təhsilini başa vurmuşdur. Hazırda o, bədii obyektlərlə, installyasiyalarla, boyakarlıqla və video çəkilişlərlə məşğul olur.

Orxan Hüseynov bərabər səviyyədə boyakarlıqda, qrafikada və digər materiallarla dərindən işləməyi bacaran rəssamdır. Lap əvvəldən mövzu cəhətdən onun yaradıcılığının əsas istiqaməti xalqın adət-ənənəsinə və ölkəmizin tarixinə məhəbbəti olmuşdur. Mədəniyyəti, incəsənət, məişət, memarlıq abidələri, xalq oyunları- bütün bunlar onun əl işlərində öz əksini tapmışdır. Misal üçün, o, inqilaba qədərki Bakıya bütöv bir silsilə həsr etmişdir: Qubernator bağı, neft mədənləri, Torqovı gecələri, restoranlar, vəkil kontorları, bazarlar, vətəndaşların şəxsi həyatı... Və bunların hamısı olduqca gözəl formada, yüksək zövqlə və yumor hissilə, həm də, bu da əhəmiyyətli amildir, – tarixi dəqiqliklə tamaşaçıya təqdim olunur. Daha ciddi plandakı mülki motivlər də onun yaradıcılığında öz əksini tapmışdır. Həm Dağlıq Qarabağ münaqişəsi, həm də Azərbaycan tarixinin müxtəlif dövrləri. Yeri gəlmişkən, Orxanın əsərlərinin etnik çalarları həm coğrafi, həm də zaman müstəvisində daha genişdir. O, tez-tez fəlsəfi, ümumbəşəri mövzulara müraciət edir. Orxanın konseptual incəsənətdəki əsərləri də istisna deyil. 

http://orkhanhuseynov.com

Fərdi sərgilər

2013

OFİS. Kiçik Qalart Qalereyası, Bakı, Azərbaycan

2003

Fərdi sərgi, Vəcihə Səmədova adına sərgi salonu, Bakı, Azərbaycan

KÖHNƏ BAKI, Tropenmuseum, Amsterdam, Hollandiya

2000

VakifBank Rəsm Qalereyası, Ankara, Türkiyə

Qrafika əsərlərdən ibarət fərdi sərgi, Humay Azərbaycan Mədəniyyəti Mərkəzi, Birləşmiş Krallıq

1999

Fərdi sərgi, Vəcihə Səmədova adına sərgi salonu, Bakı, Azərbaycan

Qrup sərgilər

2014

CONTEMPORARY ISTANBUL, İstanbul Konqres Mərkəzi, İstanbul, Türkiyə

POETICS OF THE ORDINARY (ADİLİYİN ŞEYRİYYATI), Azərbaycan pavilyonu, VIENNAFAIR The New Contemporary, Messe Vena, Avstriya 

LOVE ME LOVE ME NOT (SEVİR SEVMİR), Azərbaycanın və qonşu ölkələrinin müasir incəsənəti, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan

2012-2013

FLY TO BAKU: Müasir Azərbaycan İncəsənəti, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan; İncəsənət Tarixi Muzeyi, Vyana, Avstriya; XXI əsr Milli Müasir İncəsənət Muzeyi, Roma, İtaliya; “Multimedia Art” Muzeyi, Moskva, Rusiya;  “me Collectors Room”, Berlin, Almaniya; “Hotel Salomon de Rothschild”, Paris, Fransa; “Phillips de Pury& Company”, London, Böyük Britaniya

2013

LOVE ME LOVE ME NOT, 55-ci Beynəlxalq İncəsənət Sərgisi, YARAT Müasir İncəsənət Məkanının – Venesiya Biyennalesi çərçivəsində tədbiri, Arsenale Nord, Venesiya, İtaliya

2012

BİRLƏŞƏN KÖRPÜLƏR, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan

012 BAKI İCTİMAİ SƏNƏT FESTİVALI, Bakı, Azərbaycan

COMMONIST, organized by YARAT Contemporary Art Space, Baku, Azerbaijan

2011

ÖN SÖZ, YARAT Alternativ İncəsənət Məkanı, Bakı, Azərbaycan

MÖHTƏŞƏM DÖRDLÜK, Kiçik QalArt Qalereyası, Bakı, Azərbaycan

ŞƏRQƏ SƏYAHƏT, Müasir İncəsənət Muzeyi (MOCAK), Krakov, Polşa

ŞƏRQƏ SƏYAHƏT, Müasir İncəsənət Muzeyi, Belostok, Polşa

2010

GROUND FLOOR AMERICA, Den Frie Müasir İncəsənət Mərkəzi, Copenhagen

Azərbaycan Müasir İncəsənəti, Aydan Qalereyası, Moskva, Rusiya

QIZMAR GÜNƏŞ ALTINDA, eyni adlı k/f həsr olunmuş layihə-sərgi, Alman Kirxası, Bakı, Azərbaycan

2009

ALUMINIUM 4, Transformasiya, Beynəlxalq Müasir İncəsənət Biennalesi, Bakı, Azərbaycan

BAKUNLİMİTED, Azərbaycan Mədəniyyəti günləri, VOLTAHALLE, Bazel, İsveçrə

M'ARTIAN FIELDS-COLLABORATION, M'ARS Qalereyası, Moskva, Rusiya

2008

ART İS NOT ONLY UGLY, Azərbaycan Mədəniyyəti İli, Xarici İşlər Nazirliyi, Berlin, Almaniya

STEPS OF TİME: Azərbaycan Müasir İncəsənəti, “Residenzschloss”, Drezden, Almaniya

MİNİMAL ƏMƏK HAQQI layihə sərgisi, Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan

2007

OMNIA MEA… 52-ci Beynəlxalq Venesiya Biennalesi, Venesiya, İtaliya

ALUMINIUM 3, Arzuların Gercəkliyi, Beynəlxalq Müasir İncəsənət Biennalesi, Bakı, Azərbaycan

ŞƏRQ VƏ YA QƏRB, İncəsənət Muzeyi, Di, Fransa

2006

QAFQAZ, Dövlət Müasir İncəsənət Mərkəzi, Moskva, Rusiya

2005

KİŞİ VƏ QADIN, layihə sərgisi, Muzey Mərkəzi, Bakı, Azərbaycan

ALÜMİNİUM 2, İNCƏSƏNƏT + YENİ TEXNOLOGİYALAR, Şirvanşahlar Sarayı, Bakı, Azərbaycan

2004

METRO – SPACE, Priestor Müasir İncəsənət Qalereyası, Bratislava, Slovakiya

2003

7+7 DAHA ŞƏFFAF, Muzey Mərkəzi, Bakı, Azərbaycan

ALUMINIUM, 1st International Exhibition, Baku, Azerbaijan

INOUT, Prague, Czech Republic

LAST EAST EUROPEAN SHOW, Muzej savremene umetnosti, Belgrade, Serbia

2002

ORIENTALİZM: İÇƏRİDƏN VƏ XARİCDƏN, Beynəlxalq Müasir İncəsənət sərgisi, Səttar Bəhlulzadə adına sərgi salonu, Bakı, Azərbaycan

QAFQAZ OLEATORİYASI, festival, Batumi, Gürcüstan

KOSMOLİTİKA, Son əsrin yeni müsiqisi festivalı çərçivəsində sərgi layihə, Bakı, Azərbaycan

2001

Türk-Amerika Assosiyası qalereyası, Ankara, Türkiyə

2000

ZAMANIN QANADLARI, gənc rəssamların sərgisi, Xəqani Ticarət Mərkəzi, Bakı, Azərbaycan

Yüklənir