11 Yan 17
YARAT Müasir İncəsənət Məkanı noyabrın 11-də Azərbaycan rəssamı Faiq Əhmədin "Nə var, odur" və kolumbiyalı rəssam Oskar Murillonun "DIS PLACE" adlı fərdi sərgilərini keçirir.
Rəssamın Azərbaycanın qədim şəhərlərindən, Qafqazın ətəyində yerləşən, tarixi İpək Yolunun üzərində ən vacib məntəqələrdən biri Şəkidə ipək parça istehsalı kombinatının (Şəki İpək Kombinatı) bacarıqlı işçilərindən ibarət icması ilə əməkdaşlığı sərginin başlıca aspektini təşkil edir.
Oskar Murillo, regionda hələ də istifadə edilən və Şəkinin məşhur Xan Sarayında rast gəlinən, orta əsrlərin naxışlı şüşə şəbəkə texnikası üzərində geniş miqyaslı əsərlər silsiləsini yaratmaq üçün, yerli peşəkar sənətçilər ilə də yaxından əməkdaşlıq edib. Rəssam, zərif şüşə materialını, kombinatın həyətindən tapdığı metal tullantılarının qırıntıları ilə əvəz etməklə, orijinal estetika ilə "oynayır" və poetik şərq dizaynına "siyasi ölçülər" də əlavə edir.
Murillo özünün və digər xalqların mədəni irsinə müraciət etməklə, müntəzəm olaraq cəmiyyət və miqrasiya problemlərini araşdırır. Şəki İpək Kombinatının heyəti və şəhər icması nümayəndələri ilə apardığı müzakirələrin və əməkdaşlığın məntiqi nəticəsi olaraq, rəssamın seçdiyi materiallarda özünü büruzə verir və kombinatın istehsal məkanı kimi yenidən canlanmasında imkan yaradır.
LEYLA-ALIYEVA.AZ
MOUSSEMAGAZIN.IT
HARPERSBAZAARARABIA.COM
IDEELART.COM
THECULTURAL.ES
E-FLUX.COM
AZERTAG.AZ
SALAMNEWS.ORG
CITYLIFE.AZ
TREND.AZ
MODERN.AZ
AZERNEWS.AZ
NEWS.MILLI.AZ
YARATCHANNEL