İDEA VƏ YARAT TULLANTILARDAN İNCƏSƏNƏT ƏSƏRİ YARATDI

13 Yan 15

İDEA VƏ YARAT TULLANTILARDAN İNCƏSƏNƏT ƏSƏRİ YARATDI

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "YARAT!" Müasir İncəsənət Məkanı "Tullantıdan incəsənətə" adlı birgə layihə həyata keçiriblər.

Trend-in məlumatına görə, layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanılıb, onlardan paytaxtın Səməd Vurğun küçəsində Yeni il öncəsi dekorativ şam ağacı hazırlanıb.

Bu dekorativ şam ağacını tullantılardan incəsənət nümununələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurublar. Layihədə xeyli sayda könüllülər də iştirak edib.

Hündürlüyü 7 metr, diametri 4,2 metr olan sənət nümunəsi Yeni il ərəfəsində meşə və parklarda əkilmiş şam ağaclarını kəsmədən, ətraf mühitə zərər vermədən, alternativ yollardan istifadə etməklə süni şam ağacları əldə etməyin mümkünlüyünü göstərir.

Qeyd edək ki, bu dekorativ ağacın ərsəyə gətirilməsində işlədilən istifadə edilmiş butulkalar "Pepsi Azərbaycan" şirkəti tərəfindən toplanılıb.


 

 


 

 


“Euronews” telekanalının “No Comment” rubrikasının əsas xəbəri IDEA İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanının “Tullantıdan incəsənətə” adlı müştərək layihəsinə həsr olunmuşdur 

Bakı, 18 dekabr (AzərTAc). “Euronews” telekanalının “No Comment” rubrikasının əsas xəbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanının “Tullantıdan incəsənətə” adlı müştərək layihəsinə həsr olunmuşdur.

AzərTAc xəbər verir ki, təqdim olunan kadrlarda layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulkanın toplanaraq, paytaxtın Səməd Vurğun küçəsində Yeni İl ərəfəsində dekorativ Yeni il yolkasının hazırlandığı və həmin incəsənət nümunəsinin dekabrın 16-da təqdim edildiyi əks olunmuşdur.

Ətrafına xeyli insan toplaşan bu dekorativ yolkanı tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurmuşlar. Layihədə xeyli sayda könüllü də iştirak etmişdir.

Hündürlüyü 7, diametri 4,2 metr olan sənət nümunəsi Yeni İl ərəfəsində meşə və parklarda əkilmiş şam ağaclarını kəsmədən, ətraf mühitə ziyan vurmadan alternativ yollardan istifadə etməklə süni yolkalar əldə etməyin mümkünlüyünü göstərir.

 

Yüklənir