MÜSABİQƏ: ARTIM PABLİK ART OBYEKT

01 Fev - 08 Mar 19


View to the future place of the public art object

ARTIM Layihə Məkanı İçərişəhər ərazisində quraşdırılacaq pablik art obyekt üçün açıq müsabiqə elan edir.


Təkliflərin sön göndərilmə tarixi: 8 mart, 2019


ARTIM Layihə Məkanı yerli rəssamlara göstərdiyi dəstək proqramı çərçivəsində, yeni açıq müsabiqə elan edir. Müsabiqə İçərişəhərdə, Qüllə küçəsində açıq havada quraşdırılacaq art obyekt üçün aparılır. Art obyekt xüsusi olaraq ARTIM layihəsinin əsas mahiyyətini vurğulamalıdır. 

Açıq müsabiqədə iştirak üçün peşəkar və həvəskar rəssam, heykəltəraş, memar, dizayner və s. yaradıcı peşə sahiblərinin müraciətləri qəbul olunur. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Hər iştirakçı istənilən sayda təklif göndərə bilər. 


Göndərilən art obyekt təkliflər aşağıdaki meyarlara uyğun olmalıdır: 

  • ARTIM layihəsinin konseptinə uyğun;
  • Diqqəti cəlb edən;
  • Kreativ, qeyri-adi yanaşma təklif edən;
  • İçərişəhərdə yeni turizm obyektinə çevrilə biləcək; 
  • Ətraf təsirlərə dözümlü materialdan olmalı.

Təklifləri artim@yarat.az e-mail ünvanına göndərərkən, aşağıdaki məlumatları qeyd etmək mütləqdir:

  • Müəllifin adı, soyadı;
  • Əlaqə telefonu;
  • art obyektin yazılı təsviri (konsept və texniki şərtlər); 
  • art obyektin eskizləri.

ARTIM haqqında 

ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.

Yüklənir