ARTIM FLUX: YAZILIN! İŞTİRAK EDİN!

01 Yan - 31 Dek 21

ARTIM Flux – yaradıcı insanları dəyişiklik və transformasiya məqamlarını araşdırmaqla, stasionar sərgi konsepsiyasını sual altına qoyan, əməkdaşlıq və fəal iştirak yanaşmasını nəzərdə tutan konkret layihələr təqdim etməyə dəvət edir. Bu formatın başlıca məqsədi, yaradıcılıq vasitəsilə birləşdirən və inkişaf edən canlı orqanizmə çevrilərək, prosesyönümlü eksperimentlər üçün məkan təmin etməkdir.


Aşağıdakılar vasitəsilə, daim dəyişən (ing. flux) sərgi konsepsiyasını araşdıran layihələrə üstünlük verilir:

  • Yekun məhsula rəğmən prosesin vurğulanması;
  • Qısamüddətli məqamlar və situasiyaların qurulması;
  • İncəsənət və real həyat arasında sərhədlərin aradan götürülməsi;
  • Rəssam və auditoriya arasında sosial əlaqələr və qarşılıqlı fəaliyyətlərin dəstəklənməsi; 
  • Rəssam və ictimaiyyət, habelə ətraf cəmiyyət arasında boşluğu aradan götürən canlı təcrübələrin yaradılması.

Biz aşağıdakı imkanları təqdim edirik:

  • Qrup sərgisində iştirak;
  • Hazırlıq/yaradıcılıq üçün məhdud büdcə;
  • KİV-də işıqlandırma, YARAT kuratorları ilə məsləhətləşmələr və quraşdırılma işlərində dəstək.

Zəhmət olmasa, aşağıda qeyd edilən sənədləri artim@yarat.az ünvanına göndərin (məktubun mövzu bölməsində ad, soyad – ARTIM FLUX yazın).

  • Portfolio (əsərlərin nümunələri);
  • CV (tərcümeyi-hal);
  • Doldurulmuş ərizə forması (layihənin təsviri və təxmini büdcəsi mütləq əks olunmalıdır).

ƏRİZƏ FORMASI: http://www.yarat.az/content//flux_project_artim_application_form_aze.docx
Yüklənir