İŞTİRAK EDİN! ARTIM – ONLAYN SƏRGİ

21 Apr 20

YARAT Müasir İncəsənət Məkanı rəssam və yaradıcı şəxslər üçün Virtual ARTIM sərgisinə açıq müsabiqə elan edir.


Qloballaşan COVID-19 koronavirus pandemiyasına görə insanlar özlərini təcrid etmək məcburiyyətindədirlər – bu bəziləri üçün dözülməz olsa da, digərləri üçün dəyərli imkandır.

Mövcud vəziyyət bütün dünyanı iflic edir və fövqəladə hallar, iqtisadi problemlər barədə dövlətlərin siyasi çağırışlarında əks olunan bir çox sual doğurur. Bu problemlər yalnız kiçik şirkətləri deyil – qoruma və insanların şəxsi həyatına müdaxilənin astasında olan təhlükəsizlik tədbirlər keçirən bir sıra ölkələri də təhlükə altında qoyur.

Bu dövrdə ehtiyacı olanlar üçün vəsait toplamaq çağırışları ilə həmrəylik dalğası yaranmaqla yanaşı, uzun karantin zamanı yaradıcılığın yüksəlişi də müşahidə edilir. Şəxsi həyata aid olan suallar aktuallaşır, insanlar özləri və ailələri ilə qarşı-qarşıya qalır, məişət zorakılığı ilə bağlı müzakirələr aparılır. Beləcə, ictimai həyat getdikcə virtual məkana çevrilməkdədir: virtual dost-tanış görüşləri, opera və muzey ziyarətləri – rəqəmsal məkanın imkanları sonsuz görünür, eyni zamanda narahatlıq doğurur. 

Biz rəssam və yaradıcı insanları mövcud vəziyyəti daha dərindən anlamaq üçün baxış imkanı yaradan COVID-19 koronavirusu ilə əlaqədar karantin təcrübəsinə aid sənət əsərləri yaratmağa dəvət edirik.

Bizə, karantinin xüsusi qaydalarının öhdəsindən necə gəldiyinizi və hazırkı situasiyaya aid hekayənizi dinləmək maraqlıdır, həmçinin müzakirə etmək üçün sizə hansı məsələlərin ən vacib olduğunu bilmək istərdik.


Seçilmiş əsərlər virtual sərgidə sərgilənəcək.


Zəhmət olmasa əsəri və onun kiçik yazılı təsvirini  öz bioqrafiyanızla birlikdə (maks. 200 söz) artim@yarat.az elektron ünvanına göndərin.


Son tarix: 21 aprel, 2020


Əlavə məlumat üçün bizə e-mail ilə müraciət edin.

Yüklənir