ART KÖNÜLLÜ PROQRAMI! YAZILIN! İŞTİRAK EDİN!

21 Noy - 30 Noy 22

YARAT Müasir İncəsənət Məkanı sizi vaxtınızı səmərəli və çox fəal keçirtmək məqsədi ilə, yaradıcı potensialınızı reallaşdırmağa dəvət edir. ART Könüllü proqramı – YARAT təşkilatında müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və incəsənətin digər sahələrində layihələr üzrə əvəzolunmaz təcrübə qazanmaq üçün əlverişli imkandır.


Təcrübə dövrü: 3 ay

İş qrafiki: həftədə 2 dəfə, 4 saatdan az olmayaraq


YARAT-ın Könüllü proqramında iştirakınızla Siz əldə edəcəksiniz:

  • Yaradıcı komandada iş
  • Müasir incəsənət aləminin tanınmış simaları ilə ünsiyyət imkanı
  • Cəsur, kreativ ideyalarınızın həyata keçirilməsi
  • Sertifikat

Tələblər:

  • 18-35 yaş arası namizədlər
  • Kreativ düşünmə qabiliyyəti
  • Komandada işləmə bacarığı

Layihədə iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq vacibdir.

https://forms.gle/3KEYpukyDTvGbFj77


Müraciət tarixi: 21 noyabr – 30 noyabr 2022

Ətrafı məlumat üçün: 050 246 92 92

Yüklənir